Modern.az

Tanınmış idmançılar şahzadənin toyunda iştirak etdilər

Tanınmış idmançılar şahzadənin toyunda iştirak etdilər

19 May 2018, 18:07

Şənbə günü Britaniyada əlamətdar hadisə ilə yadda qaldı. Böyük Britaniya şahzadəsi Harri və amerikalı aktrisa Meqan Markın toy mərasimi keçirilir.

Modern.az xarici İV-ə istinadən xəbər verir ki, Vindsor qəsrində keçirdiyi toy mərasimində məşhur idmançılar Devid Bekhem, Serena Uilyams, Conni Vilkinson iştirak edib.
Tanınmış futbolçu Devid Bekhem toya həyat yoldaşı Viktoriya Bekhemlə birlikdə gəlib.

Məşhur tennis ulduzu Serena Uilyams həyat yoldaşı Aleksis Ohaniyen ilə birlikdə kameralara gülümsəyiblər.


Azad Nuriyev

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza