Misir televiziyasında yayımlanan serial Sudanla aralarını pozub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ramazan ayında Misir televizyasında yayımlanmağa başlayan “Əbu Ömər əl-Misriyyə” serialı Sudanın qəzəbinə tuş gəlib. Sudanın Xarici İşlər Nazirliyi bununla bağlı Misirin Sudandakı səfirliyinə nota göndərib.
Sudan XİN-i açıqlamasında bildirib ki, serialda insanlarda Suriya haqqında mənfi fikir formalaşdırılır, bundan başqa Sudana səyahət edən Misir vətəndaşlarına terrorist damğası vurulur.
Həmçinin Sudanın bəzi bölgələri və ölkə suverenliyini təmsil edən rəmzlərdən icazəsiz çəkilişlər edilir. Bundan sonra bunlara icazə verilməyəcək.