Modern.az

Kılıçdaroğlu 20 deputatın adını CHP-nin siyahısından çıxarıb

Kılıçdaroğlu 20 deputatın adını CHP-nin siyahısından çıxarıb

21 May 2018, 11:19

Cumhuriyyət Xalq Partiyasının ( CHP)  lideri Kemal Kılıçdaroğlu Muharrem İnceye yaxın olan 20 nəfər deputat namizədi siyahıdan çıxarıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu gün bütün siyasi partiyalar 24 iyun tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinə deputat namizədlərinin siyahısını tərtib edərək Ali Seçki Şurasına təqdim edəcək.CHP-nin lideri Kemal Kılıçdaroğlu dünən siyahıya böyük dəyişikliklər edib. Belə ki, partiyanın prezidentliyə namizədi Muharrem İnceyə yaxın olan 20 namizəd siyahıdan çıxarılıb.

 

Sözügedən 20 namizədin prezident namizədi kimi İncenin seçilməsində böyük rol oynadığı qeyd olunur. Bundan başqa Kılıçdaroğlunun özünə rəqib gördüyü şəxsləri namizəd kimi göstərməməklə işini “rahatlaşdırdığı” iddia edilib.

 

Qeyd edək ki, İncənin qrupundan sadəcə iki nəfər siyahıya daxil edilib: TBMM-in sədr müavini Yaşar Tüzün və Bolu millət vəkili Tanju Özcan.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır