Modern.az

Türkiyədə baş məşqçi istefa verdi

Türkiyədə baş məşqçi istefa verdi

21 May 2018, 18:47

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

Modern.az türkiyə mətbuatına istinadən məlumat verir ki, "Antalyaspor" baş məşqçisi Hamza Hamzaoğlu ilə yolları qarşılıqlı razılaşma əsasında ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, 48 yaşlı mütəxəssis qış fasiləsində Antalya təmsilçisinin sükanı arxasına keçmişdi. "Antalyaspor" 38 xalla mövsümü 14-cü pillədə başa vurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu