Dünən axşam Ermənistanda yeni təsdiqlənmiş nazirlərin andiçmə mərasimi keçirilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkə tarixində ilk dəfə olaraq Prezident iqamətgahında yeni nazirlərin andiçməsi təşkil olunub.
Nazirlər öz vəzifələrini vicdanla yerinə yetirəcəkləri barədə and içiblər.
Nazirlər onlara göstərilən yüksək etimadı doğrultmağa, ümummilli məqsədlərə - ölkənin güclənməsinə, qanunların aliliyinə hörmətlə yanaşmağa və xalqın etimadını qazanmağa nail olacaqlarına söz veriblər.
Xatırladaq ki, Ermənisistanda “məxməri inqilab” nəticəsində baş nazir seçilən Nikol Paşinyan Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb.