Modern.az

Pensiyalara görə əlavə vəsaitə ehtiyac yaranıb – RƏSMİ

Pensiyalara görə əlavə vəsaitə ehtiyac yaranıb – RƏSMİ

22 May 2018, 11:49

“Biz rəqəmlərə adi baxırıq, amma onların arxasında Azərbaycanın inkişafı, regional, transmilli layihələrin gerçəkləşdirilməsi, texnoparkların yaradılması, insanların maddi-rifah halının yaxşılaşdırılması və sair məqamlar dayanır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə bildirib.

 

O bildirib ki, dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsində əksini tapan rəqəmlər Azərbaycanın iqtisadi inkişafının növbəti və əyani təsdiqi, göstəricisidir: “Ona görə də biz bu rəqəmlərə elə-belə baxmamalıyıq”.

 

Hesablama Palatasının sədri Vüqar Gülmməmmədov isə Palatanın büdcənin icrası ilə bağlı müsbət rəy verdiyini bildirib.

 

O bildirib ki, dövlət büdcəsində ən yüksək gəlir göstərici yol vergisi ilə bağlı olub -151 faiz. Onun sözlərinə görə, eyni zamanda, son iki illə müqayisədə hesabat ilində mərkəzləşdirilmiş və yerli gəlirlərdə azalma özünü göstərib. “Bununla yanaşı, hesabat ilinin ikinci yarısında mərkəzləşdirilmiş gəlirlər kəsirlə, yerli gəlirlər artıqlaması ilə icra olunub”.

 

V. Gülməmmədov qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı pensiyaların ödənilməsində əlavə vəsaitə ehtiyac yaranıb və bunun üçün 33 milyon manatlıq transfert edilib.

 

Palata sədri həmçinin 127 qurumla bağlı təhlillər aparıldığını xatırladıb. O bildirib ki, dövlət büdcəsinin xərclər hissəsinə təsir edən amillər arasında həmin qurumların debitor və kreditor borclarının olması üstünlük təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər