Modern.az

Trampın “Twitter” mesajlarının sirri açıldı

Trampın “Twitter” mesajlarının sirri açıldı

Aktual

22 May 2018, 15:56

Ağ Evdən verilən məlumata görə, ABŞ prezidenti Donald Trampın “Twitter” hesabındakı səhvləri bəzən məqsədyönlü olduğu bildirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Boston Globe” məlumat yayıb.

Bildirilir ki, ABŞ prezidenti Donald Trampın “Twitter” hesabında məlumatların yerləşdirilməsi zamanı ona Ağ Evdən əməkdaşlar yardımçı olur. Hər hansı hadisə barədə prezident nəsə yazmaq istəyəndə ona içərisindən seçə biləcəyi bir neçə cavab variantı təqdim olunur. Eyni zamanda o, düzəlişlər edə, mətnlərin və ya üslubun tərzini dəyişdirə bilər.

 

Mətnlər ABŞ liderinin üslubuna daha uyğun gəlsin deyə, yardımçılar nida işarələri, böyük hərflər, təsadüfi sözlər və qrammatik səhvlərdən istifadə edirlər.

 

Əvəz ZEYNALOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu