Modern.az

İnyesta kayerasını Yaponiyada davam etdirəcək

İnyesta kayerasını Yaponiyada davam etdirəcək

24 May 2018, 14:42

“Barselona” klubunun keçmiş kapitanı Andres İnyesta Yaponiyanın “Vissel Kobe” klubunda karyerasını davam etdirəcək.

 

Modern.az Yapon klubunun rəsmi saytına istinadən xəbər verir ki, tanınmış ispan yarımmüdafiəçisinin yapon klubuna keçişinin təqdimatı mayın 26-da klubun stadionunda keçiriləcək.

34 yaşlı məşhur futbolçunun “Vissel Kobe” klubuna keçməyinin təqdimatı “Noevir Stadium Kobe” stadionunda şənbə günü baş tutacaq.

 

Futbolçunun yapon klubuna keçməyini “Barselona” klubunun məşhur sponsoru və “Vissel Kobe” klubunun rəhbəri Hiroşi Mikitani təşkil edib.

İnyesta ilə yeni bağlanmış müqavilə 3 ilə nəzərdə tutulub. Futbolçu bu müddətdə 90 milyon avro qazanacaq.

 

Qeyd edək ki, məşhur yarımmüdafiəçisi “Barselona” klubunun heyətində olan zaman klub 9 dəfə İspaniya çempionu kubokuna, dörd Çempionlar liqası, altı İspaniya kuboku, yeddi İspaniya super kuboku, üç Avropa super kuboku və üç dəfə klublar arası dünya çempionu kubokuna yiyələnib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu