Modern.az

Lütfi Zadənin xatirəsinə həsr edilən tamaşanın premyerası olub

Lütfi Zadənin xatirəsinə həsr edilən tamaşanın premyerası olub

Aktual

26 May 2018, 22:13

Mayın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç yazıçısı Fridrix Dürrenmattın “Fiziklər” komediyası əsasında hazırlanmış “Dəlixanada qətl” tamaşasının premyerası keçirilib.

 

Modern.az  xəbər verir ki, səhnə əsəri mərhum alim Lütfi Zadənin xatirəsinə həsr olunub. Tamaşanı rus dilindən Dilsuz Mustafayev tərcümə edib. İkipərdəli səhnə əsərinin quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradovadır.

 

Əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Şövqü Hüseynov, aktyorlar Mehriban Hüseynova, İradə Rəşidova, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Aygün Fətullayeva və başqaları canlandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu