Suriyada terrorçuların açdığı atəş nəticəsində Rusiya hərbçiləri ölüb.
Modern.az xəbər verir ki, bu barədə “İnterfaks" məlumat yayıb.
Hadisə Deyr-Ez-Zor vilayətində baş verib. Hücum nəticəsində 4 rus hərbçi həlak olub, 3-ü ağır yaralanıb. Faktı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.