Modern.az

İTV-də baş direktor olmaq istəyənlər üçün müsabiqə başa çatır  

İTV-də baş direktor olmaq istəyənlər üçün müsabiqə başa çatır  

Aktual

29 May 2018, 11:50

Milli Televiziya və Radio Şurasının (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə elan etdiyi müsabiqənin vaxtı sabah bitir.

Modern.az saytı bu günə qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün neçə nəfərin sənəd verdiyini dəqiqləşdirmək üçün Şuraya müraciət etsə də, bu barədə sabah məlumat veriləcəyi bildirilib.

“MTRŞ-nın elan etdiyi müsabiqə sabah bitir. İndidən heç bir məlumat verə bilmərik. Sabah ictimaiyyətə bu barədə açıqlama veriləcək”.

Qeyd edək ki, müsabiqə mayın 15-də elan edilib.

Xatırladaq  ki, mayın 11-də İTV açıqlama yayaraq Cəmil Quliyevin istefa verdiyini bildirmişdi. Hazırda İctimai Televiziya və Radio Yayımları şirkətində Balakişi Qasımov müvəqqəti olaraq baş direktor vəzifəsini icra edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu