Şahin Maşayev
Azərbaycan Texniki Universiteti
Bildiyimiz kimi, hələ 70-80 il bundan öncə insan oğlunun heç ağlına belə gəl-məzdi ki, artıq 21-ci əsrdə ağıllı telefonlar, internet, kosmik gəmilər və s. kimi texno-logiyalar insan tərəfindən yaradıla bilər. Reallıq isə ondan ibarətdir ki, bu texnologi-yalardan artıq istifadə olunur. Lakin elə texnologiyalar var ki, biz onları yalnız fantas-tik filmlərdə görmüşük. Reallaşması qeyri-mümkün görünən həmin texnologiyaların 300-500 ildən sonra real olma ehtimalı çox yüksəkdir. Həmin texnologiyaların bir hissəsi ilə sizləri tanış edirik.
Neyro kompüterlər və yaxud vizualizatorlar
Artıq elə bir əsrdə yaşayırıq ki, insanların böyük bir hissəsi, kompüter texnologiyaları ilə demək olar ki, tanışdırlar.
Bir çox futuroloqların fikrincə bu texnologiya dünyanın media sahəsini başdan ayağa dəyişmək qabiliyyətinə malikdir. Neyro kompüter interfeysi sayılan bu texno-logiya insan beynindəki canlandırılmış istənilən görüntünü monitorda əks etdirməyə qadirdir. Məsələn, beyninizdə hansısa okeanı canlandırırsız və həmin görüntü moni-torda əks olunur. Bu cür texnologiyanın olacağı inanılmaz görünsə də artıq buna bən-zər texnologiyanın yaradılması üçün işlər gedir. Belə bir texnologiyanın yaranması yaxın gələcəkdə görünməsə də, nə vaxtsa kəşf olunub satışa çıxandan sonra sözüge-dən texnologiya vasitəsilə media məhsullarının istehsal üsulları tamamilə dəyişəcək. Məsələn, musiqiçilər musiqi bəstələmək üçün çətin kompüter proqramlarından azad olacaqlar. Beyində musiqini canlandırmaq kifayət edəcək ki, həmin bəstə monitorda əks olunsun. Film şirkətləri film istehsalına xərclənən yüksək vəsaitlərdən imtina edə-cəklər. Belə ki, hər bir insan öz evində oturaraq bir neçə gün ərzində istənilən tərzdə film hazırlaya biləcək. Bu texnologiyanın köməyi ilə "The Lord of the Rings " səviy-yəsində bir film yaratmaq üçün maksimum 2 gün vaxt lazım olacaq. Bundan əlavə olaraq vizualizatoru yuxuların yaddaşa yazılması üçün də istifadə etmək olar. Təsəv-vür edin ki, səhər yuxudan oyanmısınız və gecə yuxuda nə gördüyünüzü monitorda izləyirsiniz. Əgər bu texnologiya kütləvi şəkildə istehsal olunsa və nəzərə alsaq ki. hər şeyin qiyməti gec-tez aşağı enir həmin vaxt media sahəsində əsl inqilab baş verə-cək. Bir çox insanlar yaratdıqları müxtəlif videoları YouTube və digər video servislə-rə yükləyəcəklər. Bütün bunlara baxmayaraq bir problem ortaya çıxır. İnsan hansısa videonu beynində tam şəkildə deyil, sadəcə onun kiçik səhnələrini canlandıra bilir. Lakin vizualizatorun müsbət cəhətlərindən biridə odur ki, istifadəçi görüntünün mo-nitorda əks olunduğu zaman çatışmayan xüsusiyyətləri redaktə edərək görüntüyə əla-və edə biləcək. Təbii ki, bunun reallaşması üçün güclü kompüter və digər avadanlıq-lar lazım olacaq. Yaranan problemlərdən biridə odur ki, insan nə qədər çalışsada hə-rəkət edən obyektlərin ideal animasiyasına nail ola bilməz. Bu zaman bizim köməyi-mizə güclü süni zəka gələcək. Süni zəka özü avtomatik olaraq sizə lazım olacaq yük-sək keyfiyyətli animasiyanı seçəcək. Qeyd edək ki, söhbət məhz 200 ildən sonraki dövrü əhatə edir. Həmin vaxtda çox güman ki, həm güclü kompüterlər həmdəki süni zəka olacaq. Bir çoxlarının fərziyyələrinə görə bu texnologiyanın köməyi ilə insanlar resurs çatışmamazlığının qarşısını ala biləcəklər.
Nano assemblerlər
Alimlərin fikrincə gələcəkdə bir əşyanı atomlara parçala-yıb həmin atomlardan digər bir əşya yaradan qurğu kəşf olunacaq.Onlar bu qurğunu nano assembler adlandırırlar. Təsəvvür edin ki, həmin qurğuya bir daş parçası qoyub onu atomlara parçalayırsınız. Daha sonra qurğu həmin parçalanmış atomlardan alma yaradır. Bu necə mümkündür? Məsələ ondadır ki, alma və daş parçası digər material-lardan atom səviyyəsində bir-birindən fərqlənmirlər. Onların hamısı protonlardan, neytronlardan və elektronlardan ibarətdirlər. Əgər bütün bu hissəcikləri birləşdirməyi bacaran qurğu yaradılsa onda istənilən hər şey istehsal oluna bilər. Bir çoxları deyə bilərlər ki, belə bir şey mümkün olmamaqla yanaşı həmdə fiziki qanunlara ziddir. La-kin bu səhvdir. Maddələri molekullara ayırıb onları yenidən yığmağı bacaran nanobot artıq mövcuddur. Bu ribasomadır. Əgər təbiət nano assemblerə bənzər belə bir xüsu-siyyəti yaradıbsa deməli insan da gələcəkdə bu cür texnologiyanı yarada bilər. Ən maraqlısı isə odur ki, həmin texnologiyanı elə proqramlaşdırmaq olar ki, o öz bənzə-rini yaratsın. Bu isə nano assemblerin istehsalının tamamilə pulsuz olacağı deməkdir. Çox güman ki, nano assemblerin ilk versiyası ribasoma kimi yalnız molekullarla işlə-yəcək. Daha sonra qurğu ayrı-ayrı atomlardan molekul yığa biləcək. Artıq inkişafın yüksək səviyyəsində isə qurğu neytronlardan və protonlardan atom yığa biləcək. Be-ləliklə sözügedən texnologiya planetimizə çox xeyir verəcək. Məsələn dünyada olan aclıq problemi tamamilə aradan qaldırılacaq. Yeyinti məhsullarının becərildiyi böyük tarlalara ehtiyyac qalmayacaq. Onların yerinə həmin ərazilərdə yaşayış yerləri tikilə bilər. İnsanlar nəhayət ət və kürk ehtiyaclarını ödəmək üçün heyvanları tələf etməyə-cəklər. Təbii qazıntıların aparılması öz mənasını itirəcək. Fabriklər və zavodlar bağla-naraq milyonlarla insanları işsiz qoyacaq. Lakin nano assemblerin olmağı onları aclı-ğa düçar etməyəcək. Bu texnologiyanın yaradılması ilə pulun həyatımızdakı rolu kəs-kin şəkildə azalacaq. Belə ki, çox nadir məhsulları pul ilə internet vasitəsilə almaq mümkün olacaq. Məsələn təsəvvür edin ki, iPhone-nun yeni modeli satışa çıxır. Yeni modeli nano assemblerdə yaratmaq üçün siz internet vasitəsilə pulnan həmin model üçün nəzərdə tutulmuş alqoritm şifrəsini alırsınız. Daha sonra o şifrəni qurğuya proq-ramlaşdıraraq yeni model iPhone əldə edirsiniz. Yəni artıq mağazalara gedib uzun növbə gözləməyə ehtiyyac qalmayacaq. Lakin pulun olmamağı insanların hər-hansısa bir sahədə irəliləməsi stimuluna son qoyur. Məsələ burasındadır ki, əgər pula ehtiy-yac yoxdursa insan niyə çalışmağa davam etsin? Nədən stimul alsın? Burada əsas sti-mul kimi insanın özünü inkişafı misal göstərmək olar. Lakin çətin ki, bir çox insanlar üçün bu yetərli olsun. Hər-halda nano assemblerin köməyi ilə əsas problemlərdən biri olan dünyadakı aclığa son qoymaq olar. Bu isə nano assembler texnologiyasının yara-dılması üçün çox əla stimuldur.
Süni intellect
Süni intellekt [artificial intelligence] elmin ən müasir sahələrin-dən biridir. Bu sahədə ilk işlər İkinci dünya müharibəsi dövründən başlamışdır. Yeni yaranmış elmin adı isə 1956-cı ildə təklif edilmişdir. Hazırda süni intellektin əhatə et-diyi elmi istiqamətlərə öyrənmə və qavrama kimi ümumi xarakterli məsələlərdən tut-muş, şahmat oynamaq, riyazi teoremlər isbat etmək, bədii əsərlər yazmaq və xəstəlik-lərin diaqnostikası kimi xüsusi məsələlər daxildir. Süni sistemlərin “intellektuallığını” müəyyən etmək üçün ingilis riyaziyyatçısı Alan Türinq [Alan Turing] maraqlı bir sı-naq təklif etmişdir. Türinq sınağı, yaxud Türinq testi adlanan bu sınaq xəyali kompu-terin “intellektinin” insan intellektindən nə qədər fərqləndiyini müəyyən edir. Eks-pe-rimentdə bir neçə nəfər və sınaqdan keçirilən intellektual sistem iştirak edir. İştirakçı-lar ayrı-ayrı otaqlarda kompyuter qarşısında otuzdurulur. Hər bir kompüterin moni-torunda o biri iştirakçıların adları göstərilir. Lakin bu adlardan hansının komputerə məxsus olduğunu iştirakçılardan heç kim bilmir. İştirakçılar klaviatura vasitəsilə bir-birlərinə istənilən sualı verə bilər, sonra isə cavabın düzgünlüyünü və məntiqliyini qiymətləndirə bilər. Məsələn, “Sizin fikrinizcə, sabah hava necə olacaq?” sualına həmsöhbətinizdən belə bir cavab almaq qəribə olardı: “Saniyədə 3 metr sürətlə qərb küləyi əsəcək, bəzi yerlərdə qısamüddətli yağış yağacaq, tufan ehtimalı var, tempera-tur +10…+12º C olacaq”. İnsan, yəqin ki, belə bir cavab verərdi: “Məncə, yağış yağa-caq və təxminən 10º istilik olacaq”. Verilən cavablara görə hər bir insan-iştirakçı onun həmsöhbətlərindən hansının insan olmadığını sezməlidir. Əgər insan-iştirakçılar uzun sürən söhbət nəticəsində kompüteri aşkar edə bilməsələr, deməli, intellektual sistem insana yaxın intellektə malikdir.
Ardı var