Modern.az

“ABŞ hər zaman Cənub Qaz Dəhlizi layihəsinə güclü dəstək verib”

“ABŞ hər zaman Cənub Qaz Dəhlizi layihəsinə güclü dəstək verib”

29 May 2018, 19:00

“ABŞ hər zaman Cənub Qaz Dəhlizi layihəsinə güclü dəstək verib”.

 

Modern.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk  25-ci Xəzər Neft Qaz Sərgi və konfransı çərçivəsində keçirilən qəbulda çıxışında deyib.  

 

O bildirib ki, bu layihənin məqsədi Avropa enerji təhlükəsizliyinə töhfə verməkdir:

 

“İnanıram ki, yaxın gələcəkdə qazın Avropaya çatdırılmasını qeyd edəcəyik. ABŞ bu layihədə birbaşa iştirak etməsə də, müxtəlif qurumlar vasitəsi ilə güclü dəstək verib. Bu, ABŞ-ın enerji təhlükəsizliyinə verdiyi önəmin bariz nümunəsidir.

 

Layihənin uğurunu təmin etmək üçün dəhlizin keçdiyi bütün tərəfdaş ölkələrlə işləməyə davam edəcəyik, çünki ölkəmiz tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin etməyə sadiqdir”. 

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza