Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 15 nəfər xəsarət alıb.
Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu gün saat 9:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusun aşması nəticəsində Şəki sakinləri İbrahimxəlil Məmmədli, Süleyman Babayev, İlham Rzayev, Qurban Rəhimov, Qızılgül Səmədova, Toğrul Məmmədov, Yaqub Ömərov, Röyal Məmmədov, Bəsti Darçınova, İlham Abdulrəhmanov, Humay Ağabalayev, Xəyal Rüstəmov, Raidə Zamanova və hələ ki, adları məlum olmayan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım stansiyasının 5 avtomobili ilə Şamaxı Diaqnostika Mərkəzi və rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə yolun 176-cı kilometrliyində, Şamaxı rayonunun Mirikənd kəndi ərazisində baş verib.
Şəkidən Bakı istiqamətində hərəkət edən sərnişinlə dolu "55 BG 471" dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobus Mirikənd kəndi ərazisində idarəetməni itirərək Bakıdan Ağsu istiqamətində hərəkət edən "99 GS 337" dövlət nömrə nişanlı "Mercedes - E klas" markalı avtomobilin üzərinə aşıb.
Hadisə nəticəsində "Mercedes"də olan 3 sərnişin, "Ford" markalı mikroavtobusda olan 10-a yaxın sərnişin Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 15 nəfər xəsarət alıb.
Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu gün saat 9:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusun aşması nəticəsində Şəki sakinləri İbrahimxəlil Məmmədli, Süleyman Babayev, İlham Rzayev, Qurban Rəhimov, Qızılgül Səmədova, Toğrul Məmmədov, Yaqub Ömərov, Röyal Məmmədov, Bəsti Darçınova, İlham Abdulrəhmanov, Humay Ağabalayev, Xəyal Rüstəmov, Raidə Zamanova və hələ ki, adları məlum olmayan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım stansiyasının 5 avtomobili ilə Şamaxı Diaqnostika Mərkəzi və rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə yolun 176-cı kilometrliyində, Şamaxı rayonunun Mirikənd kəndi ərazisində baş verib.
Şəkidən Bakı istiqamətində hərəkət edən sərnişinlə dolu "55 BG 471" dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobus Mirikənd kəndi ərazisində idarəetməni itirərək Bakıdan Ağsu istiqamətində hərəkət edən "99 GS 337" dövlət nömrə nişanlı "Mercedes - E klas" markalı avtomobilin üzərinə aşıb.
Hadisə nəticəsində "Mercedes"də olan 3 sərnişin, "Ford" markalı mikroavtobusda olan 10-a yaxın sərnişin Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə birgə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışını edib.
Modern.az xəbər verir ki, dövlət başçısı və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən “Azərbaycan” İstilik Elektrik Stansiyasına atılan raketin düşdüyü əraziyə baxıblar.
Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb. Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed ilə telefon danışığı zamanı regional təhlükəsizliyi müzakirə edib.
Modern.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Yaxın Şərqdə baş verən son hadisələri, onların regional sülh və təhlükəsizliyə təsirləri ətrafında fikir mübadiləsi aparıblar.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotik vasitələrin əlbəəl satışı, onlayn dövriyyəsi və narkotik tərkibli bitkiləri kultivasiya edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.
DİN-dən Modern.az-a verilən xəbərə görə, nəticədə mütəşəkkil dəstənin daha 19 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 175 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, 690 ədəd güclü təsiredici xassəyə malik metadon həbi və satış zamanı istifadə edilən elektron tərəzilər, bank kartları aşkar edilib.
Saxlanılanların əksəriyyəti narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini və satışını təşkil edən əsas şəxslərdən olublar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
İyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.
Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 27, Bakıda və Abşeron yarımadasında 20, Naftalan və Zərdabda 18, Mingəçevirdə 16, Yevlax, Şabran və Şəkidə 15 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü 2.2 metrdir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 24-ü axşam saatlarından tədricən zəifləyəcək.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 25-də Bakıdan Balakənə, iyunun 26-da isə Balakəndən Bakıya yola düşəcək qatarın vaqon sayını artırır.
Bu barədə Modern.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, Bakı-Balakən və Balakən-Bakı istiqamətinə hərəkət edəcək qatara 3-ü “Standart” və 3-ü “Standart+” olmaqla ümumilikdə 6 vaqon qoşulacaq.
Qeyd olunan tarixlərdə qatar ümumilikdə 11 vaqonla hərəkət edəcək.
Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunması, şəxsi heyət arasında hərbi intizamın gücləndirilməsi, hüquqi biliklərin artırılması, radikal dini cərəyanların zərərli təsirlərinə qarşı effektiv mübarizə məqsədilə Dövlət Sərhəd Xidmətinin hərbi hissə və sərhəd bölmələrində Respublika Hərbi Prokurorluğu ilə birgə genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib.
Modern.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlər çərçivəsində hərbi qulluqçular arasında hərbi xidmət əleyhinə olan cinayətlərin qarşısının alınması istiqamətində hüquqi maarifləndirmə aparılıb, bu əməllərin hüquqi və mənəvi nəticələri ətraflı şəkildə izah edilib. Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hərbi qulluqçulara müvafiq qanunvericilik aktları, cinayət hüququnun tələbləri və bu kimi əməllərin dövlət və ordu quruculuğuna vurduğu zərərlər barədə geniş məlumat verilib.
Çıxışlarda radikal dini ideologiyaların xarici mərkəzlər tərəfindən cəmiyyətə, xüsusilə gənclərə yönəlmiş ideoloji təhdid vasitəsi kimi istifadə olunduğu, bunun yalnız fərdi deyil, ümumilikdə dövlətin təhlükəsizliyi üçün ciddi risklər yaratdığı şəxsi heyətin diqqətinə çatdırılıb.
Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğu tərəfindən keçirilən birgə tədbirlərin hərbi qulluqçuların hüquqi savadlılığının artırılmasına, ekstremizmə qarşı mübarizənin gücləndirilməsinə, orduda və bütövlükdə cəmiyyətdə təhlükəsizlik və sabitliyin qorunmasına xidmət etdiyi xüsusi olaraq qeyd edilib.
Tədbirin sonunda şəxsi heyətin sualları cavablandırılıb və interaktiv diskussiya formatında fikir mübadiləsi aparılıb.
İyunun 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Modern.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqları ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun tapşırıqları ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.
Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.
Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.
Ermənistanda Baş nazir Nikol Paşinyanla kilsə arasındakı qarşıdurma böyüyür.
Modern.az xəbər verir ki, Baş nazir Erməni Apostol Kilsəsi ilə bağlı növbəti paylaşım edib.
“Ktrij Nersisyanın mətbuat katibi mənim sünnət olunduğumu iddia edib. Mən Ktric Nersisyanı və onun mətbuat katibini qəbul etməyə və bunun əksini sübut etməyə hazıram”,- deyə Paşinyan qəzəbini ifadə edib.
Baş nazir keşiş Ktric Nersisyana çağırış ünvablayıb:
“O, subaylıq andını pozub-pozmaması haqda suala cavab versin. Onun övladı var, ya yox?!”, – deyə Paşinyan Facebook-da yazıb.
Qeyd edək ki, Ktric Nersisyan bütün ermənilərin katalikosu II Qareginin əsl adıdır.
II Qaregin bütün ermənilərin 132-ci katolikosudur. O, 27 oktyabr 1999-cu ildən Erməni Apostol Kilsəsinə rəhbərlik edir. Paşinyan son vaxtlar onu subaylıq əhdini pozmaqda, gizli övlad sahibi olmaqda suçlayır. Baş nazir deyir ki, II Qaregin vəzifəsindən istefa verməlidir.
A.Qorxmaz
İyunun 24-də BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi (Committee of the Permanent Representatives - UNEP CPR) çərçivəsində Azərbaycan ilk dəfə UNEP CPR Bürosunun sədri vəzifəsinə seçilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Modern.az-a bildirilib ki, ölkəmizin CPR Bürosuna Sədrliyi 2025-2027-ci illəri əhatə edəcək.
UNEP CPR ətraf mühitlə bağlı məsələlər üzrə beynəlxalq müstəvidə prioritetləri müəyyən edən, 193 dövlətin üzv olduğu BMT-nin Ətraf Mühit Assambleyasının daimi fəaliyyət göstərən əsas orqanıdır. CPR Bürosu Assambleyanın qlobal ekoloji siyasət və normalar üzrə qərarlarının hazırlanmasında bir sıra mühüm funksiyaları yerinə yetirir.
Büroda Azərbaycan sədrliyini ölkəmizin Keniyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyev təmsil edəcək.
Qeyd edək ki, 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş, ətraf mühitin qorunması və iqlim dəyişmələri sahəsində mübarizədə qlobal fəaliyyəti və təşəbbüsləri ilə beynəlxalq nüfuz qazanmış Azərbaycanın UNEP-lə əməkdaşlığı dinamik şəkildə inkişaf edir.
Azərbaycanın sədr olaraq seçilməsi, eləcə də UNEP-in 2026-cı ildə keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü”nə (WED2026) ev sahibi kimi təsdiqlənməsi bu əməkdaşlığın perspektivlərini nümayiş etdirir.
İyunun 24-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bu mərhələdə köçürülən 146 nəfərdən ibarət 40 ailəyə bərpa edilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.
Təqdimetmə mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdərə rayonunun yenidən bərpa edilən Həsənriz kəndinə bundan əvvəl də respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşmış ailələr köç edib. Bu gün həyata keçiriliən köç də nəzərə alınmaqla ümumilikdə Həsənriz kəndinə 130 ailə yəni 452 nəfər köçürülüb.
S. Qəhrəmanov onu da qeyd edib ki, hazırda Ağdərə və Xocalı rayonunun bir neçə yaşayış məntəqəsində yenidənqurma və bərpa işləri həyata keçirilir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinə də köç olacaq. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Xatırladaq ki, Ağdərənin Həsənriz kəndi 24 saat fasiləsiz elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Kənddə 246 şagirdlik tam orta məktəb, tibb məntəqəsi, körpələr evi,uşaq bağçası var. Həsənriz kəndində əhali əsasən arıçılıq və heyvandarlıqla məşğul olur. Kəndə ilk köç bu il martin 3-də olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfəri çərçivəsində Altıağac Milli Parkının ərazisində yerləşən Vəhşi Heyvanlar üçün Reabilitasiya Mərkəzinin yenidən qurulmasının təməlqoyma mərasimində iştirak ediblər.
Modern.az xəbər verir ki, burada reabilitasiyaya ehtiyacı olan vəhşi heyvanların, xüsusilə də ayıların təbii yaşam mühitinə qaytarılması üçün zəruri şərait yaradılacaq. Mərkəzdə heyvanların baytarlıq müayinələrindən keçirilməsi, fiziki reabilitasiya prosesləri, davranış bərpası mərhələləri üzrə proqramlar və xüsusi qidalanma rejimləri tətbiq olunacaq. Bu proseslər heyvanların yalnız tam hazır olduqları halda təbii yaşam mühitinə buraxılmalarını təmin edəcək.
Daha sonra Bakı Zooloji Parkında uzunmüddətli reabilitasiya prosesi tamamlanmış və tam sağalmış vəhşi quşlar Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Altıağac Milli Parkının ərazisində təbiətə buraxılıb. Təbiətə buraxılan quşlar arasında 2 bataqlıq belibağlısı və 1 ağquyruq sahil qartalı var. Bu yırtıcı quş növləri zəifləmiş və xəsarət almış vəziyyətdə yerli sakinlər tərəfindən aşkarlanaraq Bakı Zooloji Parkına təhvil verilmişdi. Zooloji Parkda mütəxəssislərin nəzarəti altında quşlar tam reabilitasiya olunaraq təbii yaşam mühitinə uyğun vəziyyətə gətirilib. Reabilitasiyadan sonra quşların təbiətə buraxılması ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edərək bildirir ki, vəhşi heyvanların ev şəraitində saxlanılması biomüxtəlifliyin zəifləməsinə, təbii balansın pozulmasına və heyvanların həyatına ciddi təhlükə yaranmasına səbəb olur. Bu cür hallar vəhşi heyvanların təbii instinktlərini itirməsinə, stres və aqressiv davranışlara yol açmaqla yanaşı, həmçinin insan həyatı üçün potensial təhlükə yaradır. Eyni zamanda, vətəndaşlardan zəif və ya xəsarət almış vəhşi heyvanlarla rastlaşdıqda onların reabilitasiyaya cəlb olunması üçün Bakı Zooloji Parkının qaynar xəttinə (012 4401096) məlumat vermələri xahiş olunur.
İyunun 13-dən - İsrailin hücumları başlayandan bəri 44 iranlı qadın həlak olub, 163-ü isə yaralanıb.
Modern.az xəbər verir ki, bunu “Tasnim” agentliyinə İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Kermanpur bildirib.
O deyib ki, qurbanlar arasında doğulmamış körpələrilə birlikdə ölən iki hamilə qadın da var.
Hüseyn Kermanpur əlavə edib ki, hücumlar nəticəsində ən kiçiyi cəmi 2 aylıq olan 13 uşaq da dünyasını dəyişib.
Yaralanan ən kiçik uşağın 4 yaşı var və hazırda 50 faiz yanıq xəsarəti ilə reanimasiyadadır.
Ukrayna Avropa Birliyinə və NATO-ya qəbul edilməməlidir, çünki bu, Qərb ölkələri ilə Rusiya arasında müharibəyə səbəb olacaq.
Modern.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.
"Aİ Ukraynanı öz sıralarına qəbul etsəydi, bu, dərhal onun üçün açıq müharibə, atəşkəsdən sonra isə Avropa ilə Rusiya arasında daimi müharibə riski demək olardı. Ukraynanın NATO-ya qəbul edilməsi Rusiya ilə dərhal müharibə və üçüncü dünya müharibəsi təhlükəsi deməkdir. Ona görə də Ukrayna NATO və ya Avropa İttifaqına qəbul edilməməlidir. Ukrayna ilə ümumi inteqrasiya strukturunun bir hissəsi olmamaq Macarıstanın fundamental təhlükəsizlik maraqlarına uyğundur",- qeyd edib.
Qeyd edək ki, 26-27 iyun tarixlərində Brüsseldə Avropa İttifaqının sammiti baş tutacaq.
Elmi adlar ali təhsil və elmi fəaliyyət sahəsində yüksək peşəkarlığın göstəricisidir. Mövcud qanunvericiliyə görə, ölkəmizdə elmi fəaliyyətlə məşğul olanlara dosent və ya professor elmi adları verilə bilər. Bu adlar Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən müvafiq qaydada təqdim olunur.
Qeyd edək ki, dosent elmi adı almaq üçün 3, professor üçün minimum 5 il staj tələb edilir.
Azərbaycanda müxtəlif sahələrdə olduğu kimi qanunverici orqanda da elmi ada malik şəxslər fəaliyyət göstərirlər.
Modern.az-ın apardığı araşdırmaya görə, hazırda Milli Məclisin 125 deputatından 27-si elmi ad sahibidir. Onlardan 16-sı professor, 11-i isə dosentdir.
Spiker və vitse-spikerlər
Milli Məclisin sədri, spiker Sahibə Qafarova professor elmi adına malikdir. Vitse-spikerlərdən heç bir elmi adı olmayan yeganə şəxs Rafael Hüseynovdur, Musa Qasımlı professor, Əli Əhmədov və Ziyafət Əsgərov dosent elmi adına malikdir.
Komitə sədrləri
Milli Məclisin ümumilikdə 15 komitəsi var. Komitələrə rəhbərlik edənlər arasında sadəcə 4 deputat elmi ada malikdir. Belə ki, Səhiyyə komitəsinin rəhbəri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq məsələləri komitəsinin rəhbəri Hicran Hüseynova, Elm və təhsil komitəsinin rəhbəri Anar İsgəndərov, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov professor elmi adına malikdir.
Professorlar
Milli Məclisin ümumilikdə 16 professor elmi ada malik üzvü var. Onların 3-ü qadın, 13-ü isə kişidir. Parlamentdə təmsil olunan professorlar aşağıdakılardır: Bəxtiyar Əliyev, Jalə Əliyeva, Asif Əsgərov, Fəzail İbrahimli, Eldar İbrahimov, Eldar Quliyev, Əlibala Məhərrəmov, Hikmət Məmmədov, Elman Nəsirov, Vüqar Rəhimzadə, Samir Vəliyev, Ziyad Səmədzadə, Səttar Möhbalıyev.
Dosentlər
Parlamentə dosent elmi ada malik olanların 4-ü qadın, 7-si isə kişidir: Əli Əhmədov, Ziyafət Əsgərov, Elnarə Akimova, Tamam Cəfərova, Əziz Ələkbərov, Pərvin Kərimzadə, Vasif Qafarov, Mübariz Qurbanlı, Rövşən Muradov, Bəhruz Məhərrəmov, Gülşən Paşayeva.
Ən gənc və ən yaşlı professor deputat
Parlamentin ən yaşlı elmi ada malik şəxsi Ziyad Səmədovzadədir. Onun bir neçə aydan sonra 85 yaşı tamam olacaq. Ən gənc professor isə 49 yaşında olan Əlibala Məhərrəmovdur.
Diqqətəlayiq tarixi ənənələrə malik olan Azərbaycan teatrı bu gün özünün mürəkkəb, ziddiyyətli, böhran dövrünü yaşayır.
İstər-istəməz qarşıya məlum və məşhur Hamlet sualı çıxır...
Bəs nə etməli? Nədən başlamalı?
Bizə elə gəlir ki, bütün dünya teatrlarında ən vacib məsələ məhz rejissor hazırlığı ilə bağlıdır.
Təəssüf hissi iə vurğulamalıyıq ki, bizim teatrlarda rejissor qıtlığı özünü qabarıq şəkildə büruzə verməkdədir. Hazırda az qala bütün teatrlar “bir rejissorun teatrı” kimi fəaliyyət göstərir. Bəs bunun səbəbini harada axtarmalı? Olmazki hər bir teatrda müxtəlif temperament və fərqli üsluba malik bir neçə rejissor fəaliyyət göstərsin? Rejissorluq institutlarının real tələb-təklif qanunları əsasında qurulmasının zamanı yetişməyibmi? Axı rəqabət olmayan yerdə, o cümlədən teatrda, hansı inkişafdan söhbət gedə bilər?
Bəli, etiraf etməliyik ki, bizdə rejissorlar barmaqla sayılacaq qədər azdır. Doğrudur, teatrlara bəzən xarici ölkələrdən də rejissorlar dəvət olunur. Təbii ki, bu da gərəkli addımdır. Amma nəzərə almaq lazımdır ki, bu cür dəvətlər böyük vəsait hesabına başa gəlir. Anoloji xərclərin bir qisminın gənclərin xaricdə rejissorluq təhsili alıb yetişməsinə, habelə yaradıcılıq mübadiləsinin genişlənməsinə yönəldilməsi daha məqsədəuyğun hesab edilməzdimi?
Ölkəmizin aparıcı teatrlarından biri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrıdır. “Akademik teatr” nə deməkdir? Bu günkü anlamda akademizm yüksək peşəkarlıq prinsipinə sadiq qalmaq deməkdir. Yəni burada hansısa eksperimentçilikdən, “təcrübə keçməkdən” söhbət gedə bilməz. Amma orası da var ki, “akademizm” təkcə köhnəlmiş ənənələrin daşıyıcısı olmamalıdır. Və buradan belə bir sual meydana çıxır: bəs günümüzdə eksperimental teatrlara necə, bir ehtiyac yoxmu? Əlbəttə, var. Həm də çox ehtiyac var. Peşəkarlar özünün ilk addımlarını məhz eksperimantal səhnədə atırlar. Elə bu zərurətdəndir ki, bu gün bütün dünyada eksperimental, imperaktiv və immersiv teatrlar sənətdə , xüsusilə teatr aləmində, gözlənilməz perfomanslarla çıxış edir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə baglı fikirlərimizi davam etdirərək qısaca onu deyə bilərik ki, tamaşaya qoyulan əsərlərin bir çoxu müasir tamaşaçının mənəvi tələbatını ödəyəcək səviyyədə deyildir.
Deyə bilərlər ki, bəzən professionalların dəyər vermədiyi əsərlər, lap elə bir çox tamaşlar, seyrçilər tərəfindən coşqu ilə qarşılanır. Ola bilər. İnandırıcı arqumentdir. Amma gəlin əsl sənətin böyk missiyasını unutmayaq: əsər seyrçinin (və ya oxucunun) arxasınca sürünməməlidir, əksinə, onları öz arxasınca aparmalıdır. Bu yerdə ən azı Mirzə Fətəli Axundovun, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin yazdığı əsərlərin, xüsusən onların qələmə aldığı ölməz dramların təkcə sənət platformasında deyil, habelə cəmiyyət həyatında oynadığı rolu xatırlatmaq borcumuzdur. Belə hesab edirik ki, teatr öz repertuarıı müəyyənləşdirərkən mövzu aktuallığını nəzərə almalıdır. Hətta, klassiklərə müraciət ediləndə belə, oradakı mesajların müasir dövrün problemləri ilə səsləşməsini təmin etmək lazımdır.
“Akademik” statuslu digər teatrların- Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı və Azərbaycan Dövlət Akademik Musiqili teatrlarının da böyük ənənələri vardır. Amma etiraf etməliyik ki, son illərdə bəzi istisnalarla opera, operetta, balet, müzikl janrlarında hansısa diqqətəlayiq əsərin meydana çıxdığını müşahidə etməmişik. Əgər belə demək mümkünsə, musiqi yönümlü teatrlarda məhz musiqinin, bir az da dəqiq ifadə etməyə çalışsaq bəstəkar musiqisinin və bəstəkarların çatışmazlığı açıq-aydın hiss olunur. Məsələn, Musiqili Teatrda ilin-günün bu vədəsində, səhv etmirəmsə ötən əsrin 30-cu illərinin sonunda meydana gəlmiş “Beşmanatlıq gəlin” operettasının yenidən “bərpası” da, çübhəsiz ki, məhz bu “qıtlıqla” bağlıdır. Qayəsi adamları yeni təsərrüfat sisteminə- kolxoza cəlb etməyin “üstünlüklərindən” bəhs edən bu əsərin musiqisi (bəstəkar Səid Rüstəmov) bu gün də maraq doğurmaqdadır. Əsərin müasir zamanla səsləşməsi üçün rejisssor da (Əsgər Əsgərov) əlindən gələni əsirgəməyib. Amma, artıq dediyimiz kimi, “kolxoz mövzusunda” yazılmış musiqili komediyanın yenidən səhnəyə gətirilməsi, musiqimizin, musiqili əsərlərin bu günü və gələcəyi haqqında ciddi düşünməyə vadar edir.
“Qorxma, mən səninləyəm” (“Ne boysya, ya s taboy”), “Bəxtiyar” filmlərinin “bərpası” da məhz həmin “musiqi böhranının” nəticəsi kimi qiymətləndirilə bilər. Əlbəttə, retrospektiv əsərlərə müraciət etmək olar və bu, layıqli ənənələrin qorunub saxlanması baxımından çox gərəklidir. Lakin bu “müraciətin” məhz hansı zərurətdən meydana çıxdığını da unutmaq olmaz. Açıq deməliyik ki, bu gün klassik üslubda musiqi əsərlərinin yazılması “dəbdə” deyildir. Bu, o demək anlamına gətirmir ki, bizdə istedadlı bəstəkarlar yoxdur. Xeyr, istedadlar var. Sadəcə olaraq, onların lazım olan “səhnəyə” cəlb edilməsi üçün lazımi tədbirlər görülməli, gərəkli addımlar atılmalıdır. Gəlin etiraf edək ki, bu məsələdə dövlət dəstəyi, dövlət sifarişi olmadan uğurlar əldə etmək az qala qeyri-mümkündür.
Bəstəkarlarla yanaşı, dramaturqların da teatrlarla əlaqəsi lazımi səviyyədə qurulmayıb. Hesab edirik ki, təkcə Mədəniyyət Nazirliyi deyil, teatrların özü də yeni dram əsərləri üçün müsabiqələr təşkil edə bilər. Məsələn, Pantomimo teatrı, Kukla teatrı, Gənc Tamaşaçılar teatrı, Musiqili teatr, Opera və Balet teatrı, Akademik Dram teatrı məhz öz fəaliyyət istiqamətlərinə cavab verəcək pyeslərin müsabiqəsini elan edə bilər. Müsabiqədə yer tutan pyeslər müvafiq teatrların repertuar planına daxil ola bilər. Əlbəttə, bu, çox müsbət nəticələr verə bilər və bundan həm dramaturgiyamız, həm də teatrlarımız qazanar.
Haşiyə. Buradaca, ədalət naminə, qeyd etməliyik ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə zaman-zaman müxtəlif mövzuları özündə ehtiva edən müsabiqələr keçirilib. Mühüm yerlər qazanan müəlliflər də az olmayıb. Amma, təəssüf hisssi ilə qeyd olunmalıdır, əksər teatrlar Nazirliyin bu təşəbbüsünə etinasız yanaşıblar. Məsələn, dəfələrlə şahidi olmuşuq ki, keçirilən müsabiqələrdə yüksək yer tutan, mükafatlandırılan, teatrlarda səhnələşdirilməsi tövsiyə edilən dram əsərlərinə quruluş verilməyib. Həm də bu cür “təsadüfi hallar” az olmayıb.
Əlbəttə, yeni dövr teatrının konkret tərifini ənənəvi postulatlarla ifadə etmək çətindir. Amma bir məsələni xüsusilə vurğulamaq vacibdir ki, müasir teatr pafos və moralizmdən uzaq olmalıdır. Bu teatr özündə vacib ənənəvi paradiqmaları ehtiva etməklə yanaşı, müasir dövrün sosial tələblərini qarşılamağı bacarmalıdır. Səhnə - baş verən teatral hadisə ilə zal arasında bir bağ, bir körpü, bir rabitə rolunu oynamalıdır.
Teatrlara qayğı göstərilir, akyorlar maaşla təmin edilir. Teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün dövlət əlindən gələni əsirgəmir. Əlbəttə, bunlar çox təqdir edilməli fakt və faktorlardır. Amma, belə hesab edirik ki, dövlət təkcə əbədi donor rolunu oynamalı deyildir. İqtisadi münasibətlərin (buna bazar münasibətləri də deyirlər) indiki mərhələsində teatrlar da dövlətin büdcəsinə öz töhfəsini verməlidir.
Hal-hazırda bir çox ölkələrdə antreprizlər də uğurlu nəticələr əldə etməkdədir. Müxtəlif teatrlarda çalışan aktyorların hansısa bir tamaşada iştirakı bir çox hallarda uğulu antreprizlərın alınmasına səbəb olur. Bizdə antreprizlər yox səviyyəsindədir. Əlbəttə, bu seçim, bu layihə yalnız rejissorun təşəbbüsü ilə realizə olunur.
Bildiyimiz kimi, bütün dünyada ayrı-ayrı adamların, qurumların və ya qrupların təşəbbüsü ilə yaradılan özəl teatrlar yüksək göstəricilər əldə etməkdədir. Təəssüf ki, bizdə bu cür teatrlara hələ də “özfəaliyyət” kimi yanaşırlar və bir çox hallarda həmin qurumlar məhz elə bu cür, yəni “özfəaliyyət” kimi fəaliyyət göstərir. Əslində belə olmamalıdır. Müvafiq strukturlar, QHT-lər özəl teatrların inkişafına qaygı göstərməlidir. Bunun üçün həmin teatrlara qrantlar ayrılmalı, onların texniki təchicatla təmin olunmasına diqqət yetirilməlidir.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, zamanında Azərbaycan incəsənətinin politrasına yeni rənglər əlavə etmiş Kamera teatrı, Gənclər teatrı bir neçə il öncə öz fəaliyyətini dayandırmışdır... İncəsənət daim yeniliyə can atan canlı orqanizmdir. Belə hesab edirik ki, bu yeniləşmə həm də daxili resurslar və milli ənənələr zəminində inkişaf etməlidir. Teatrlar da bu prosesdən kənarda aqala bilməz. Bu gün Azərbaycanda fərqli politraya malik Yuğ və yaxud Kamera teatrı fəaliyyət göstərir. Bunlar təqdir olunmalı reallıqdır.
Bir çox ölkələrdə repertuarını yalnız milli nağıl və epos süjetləri əsasnda quran teatrlar mövcuddur. Bizim milli mədəniyyətimizdə və ədəbiyyatımızda da nağıllar və dastanlar mühüm yer tutmaqdadır. Belə zənn edirik ki, bu tipli sənət ocaqlarının, habelə meydan teatrlarının yaradılması barədə ciddi şəkildə düşünmək olar. Artıq qeyd olunduğu kimi, bir çox teatrların mütləq dövlət büdcəsi hesabına yox, ictimai dəstək hesabına fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. Bu məsələdə mədəniyyət sferalarının inkişafına qayğı göstərə biləcək sponsorların və teatral şəxslərin mövcud qanunlar çərçivəsində verginin müəyyən güzəştləri ilə təmin olunması da nəzərdən keçirilməlidir.
Yeni teatr yeni stil, yeni mövzu, yeni kolorit və yeni texnologiya ilə çulğaşmalıdır. Bir qədər pafoslu səslənsə də, deməliyik ki, texnologiya öz yerində, müasir dramaturgiyada, yəni tamaşaya qoyulan əsərlərdə yüksək insani ideallar əks olunmalıdır.
Və nəhayət. Belə hesab edirik ki, bu gün teatr sənətinin təbliğ və təşviqi üçün xüsusi nəşrin- jurnal, dərgi, toplu və yaxud məcmuənin çapına ehtiyac duyulur.
Firuz Mustafa,
Əməkdar İncəsənət xadimi,
AYB Dramaturgiya bölməsinin rəhbəri
1918-ci ilin 31 mart hadisələrinədək Azərbaycanda 15-ə yaxın ana dilində qəzet və jurnal çap olunurdu. Bu dövrə qədər isə bütövlükdə nəşr olunan qəzetlərin, jurnal və dərgilərin sayı 80-i ötüb keçmişdi. "Əkinçi" qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə ana dilində cəmi 40 adda qəzet çıxmışdısa, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyəti dövründə qəzetlərin sayı iki yüzdən çox idi. Dövrü mətbuatın statistikasındakı bu qeyri-adi artımın səbəbləri, hər şeydən əvvəl Azərbaycanda olan mövcud demokratik idarəçilik sistemi, əks-fikirliliyə tolerant yanaşma, polemika və disskusiyalara verilən meydan ilə bağlı idi.
Əsas faktlardan biri də Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyətinin jurnalist olmalarındadır. 1918-1920-ci illərdə çap olunan çeşidli mətbu orqanlar arasında daha geniş oxucu auditoriyasına Azərbaycan Cümhuriyyətinin fəaliyyəti ilə bağlı mətbu orqanlar malik idilər. Çünki bu tip mətbu orqanlar zəngin tarixi ənənələrə, özündən əvvəlki milli mətbuat nümunələrinə əsaslanırdılar. Belə nəşrlərdən biri də "İstiqlal" idi.
Mətbuat tarixinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı elmi araşdırmalarında bildirib ki, "İstiqlal" qəzetinin 1918-ci ildə 7, 1919-cu ildə 28, 1920-ci illərdə isə 15 sayı işıq üzü görüb. A.Aşırlı diqqətə çatdırıb ki, "İstiqlal"ın ideya-siyasi istiqaməti, məqsəd və vəzifələri M.Ə.Rəsulzadənin ilk nömrədə çap olunan baş məqaləsində geniş şərh olunub: "İnsanların istiqlalına hürriyyəti-şəxsiyyə, millətlərin hürriyyəti-şəxsiyyətinə istiqlal deyilir. Hürriyyəti-şəxsiyyə nə qədər müqəddəs isə, şəxslərin məcmusu olan millətlərin istiqlalı da o nisbətdə müqəddəsdir. Azərbaycan istiqlalı! İştə, bir şüar ki, firqəmiz onun ilk ələmdarı olmaq şərəfi ilə iftixar eylər. İştə, bu qanlarla söndürülməyən və bu gün hər kəsi kəndisini tanımaya vadar edən, yolunda dönməz bir əzmlə cihad etdiyimiz Azərbaycan istiqlalını müdafiə üçün "İstiqlal" nəşrə başlayır".
Qəzetin epiqrafı üçün böyük türk şairi Tofiq Fikrətin "Millət yoludur, haqq yoludur tutduğumuz yol, Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol" misraları seçilib. "Turan" mətbəəsində çap olunan "İstiqlal"ın əsas müəllifləri dövlət müstəqilliyini təbliğ edən, bu yolda yorulmadan qələm mübarizəsi aparan istiqlalçı publisistlər idi. M.Ə.Rəsulzadə, Seyid Hüseyn, Mirzə Bala Məhəmmədzadə, Ə.Həmdizadə, Ümmugülsüm, Əhməd Cavad, Əli Yusif, Cəfər Cabbarlı, Məhəmmədəli Rəsulzadə kimi dövrün qüdrətli qələm əhli "İstiqlal"ın əsas yaradıcı sütunlarını təşkil edirdi. Qəzetin "Firqə həyatı" rubrikası altında Bakı və ətraf rayonlarda "Müsavat" Partiyasının özəklərinin fəaliyyəti işıqlandırılırdı. Partiyalararası ixtilaflar, fikir çəkişmələri, hakimiyyət uğrunda ideoloji savaş da qəzetin səhifələrində yer alır, siyasi polemikalara meydan verilirdi. Cümhuriyyət parlamentinin ən böyük fraksiyaları olan, siyasi baxımdan bir-birinə zidd mübarizə aparan "Müsavat" Partiyası ilə "İttihad" arasında fikir ixtilafları da "İstiqlal"ın səhifələrində aparılıb. Bədii ədəbiyyata da önəm verən "İstiqlal" qəzeti Ə.Cavadın, Ümmugülsümün, Əli Yusifin, C.Cabbarlının ədəbi yaradıcılığını da səxavətlə çap edirdi.
Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin dossenti, filologiya elmləri doktoru, Əməkdar Jurnalist Qərənfil Dünyaminqızı deyib ki, "İstiqlal" qəzetinin 1920-ci il aprelin 20-də sonuncu, 42-ci sayı nəşr edilib. Alim nəzərə çatdırıb ki, cəmi 42 sayı işıq üzü görən qəzet Məhəmməd Əmin Rəsulzadənin və Mirzə Bala Məmmədzadənin rəhbərliyi ilə fəaliyyət göstərib:
"Onların adları redaktor kimi yazılmasa da, qəzetin səhifələri, oradakı siyasi-publisistik məqalələrlə tanış olarkən aydın görünür ki, "İstiqlal"ın yaranmasında və faəliyyətində M.Ə.Rəsulzadə və M.B.Məmmədzadənin çox böyük rolu olub. "İstiqlal" qəzeti görkəmli şair Tofiq Fikrətin məşhur "Millət yoludur, haqq yoludur, tutduğumuz yol, Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol!" beyti ilə çıxırdı. Novruz mətbəəsində çapa başlayan qəzetdə daha çox M.Ə.Rəsulzadənin, M.B.Məmmədzadənin imzalarına rast gəlinir. Xüsusən həmin imzalarla verilən elmi-siyasi və publisistik məqalələr diqqəti cəlb edir. İstiqlalımızı qoruyub saxlamaq, yaşatmaq, dünyaya bəyan etmək mövzusunda çoxsaylı məqalələr qəzetdə dərc olunub. 1919-cu ilin mayın 28-də M.Ə.Rəsulzadə və digər yazarlar "İstiqlal"da bayram münasibəti ilə məqalələrlə çıxış ediblər".
Q.Dünyaminqızı əlavə edib ki, qəzetdə siyasi məzmunlu məqalələr üstünlük təşkil edirdi. Xüsusən, şimal qonşumuzla bağlı materiallar, Rusiyanın ilk günlərdə istiqlalımızı tanımaq istəməməsi, boğmağa, məhv etməyə çalışması, yerli bolşeviklərlə əlbir olaraq Cümhuriyyəti süquta uğratmaq məqsədi ilə törədilən təxribatlar, nümayişlər, leqal və qeyri-leqal şəkildə çıxarılan qəzetlər, jurnallar haqda "İstiqlal"da məqalələr dərc olunur, məlumatlar verilirdi: ""İstiqlal" qəzeti bölgədə olan ziddiyyətlərdə, xüsusən azərbaycanlılar və ermənilər arasındakı münasibətlərin pisləşməsində Rusiyanın rolunu qeyd edirdi. Bu mövzuda olan yazıların əksəriyyəti M.Ə.Rəsulzadəyə və M.B.Məmmədzadəyə aiddir.
Məsələn, M.B.Məmmədzadənin bu movzuda bir neçə məqaləsinin adını çəkə bilərik. "İstiqlalımız və istiqbalımız", "Cəbhə və arxa qüvvələr", "Azərbaycan və İran", "Əhd ediyoram", "Haqq təşkilatları", "Siyasi əhvalat", "Azərbaycan və Türkiyə", "Mart günləri" və ən əsası "Bizdə sinif mübarizəsi", "Dostlarımız və düşmənlərimiz" adlı məqalələri göstərə bilərik. "İstiqlal"da Əhməd Cavadın, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Məhəmməd Hadinin, Ümmügülsüm Sadıqzadənin, Əli Yusifin bayrağımıza, millu ordumuza, istiqlalımıza həsr edilmiş şeirləri də dərc olunurdu. Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu, dünyada tanıdılması, təbliğatı aparıcı mövzulardan idi. Qəzetdə az da olsa satirik məqalələr gözə dəyirdi. "Ağcaqanad" satirik imzası ilə verilən felyetonlar dövrün çatışmazlıqlarını ustalıqla təhlil edirdi".
İsmayıl Qocayev
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Türk Ocağı İctimai Birliyinin "Turan işğında 150 il" layihəsi çərçivəsində hazırlanıb.
Şəmkir şəhəri Kimya-biologiya təmayüllü liseyin biologiya müəllimi Samirə Məsimova bu gün keçirilən sertfikatlaşdırma imtahanından 60 bal toplayıb.
Modern.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, qismən akademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı 7 iyul saat 18:00-dək qədər uzadılıb.
Bu barədə Modern.az-a TKTA-dan məlumat verilib.
Köçürülmə prosesi üçün iştirak edəcək şəxslərə //apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur. Qeyd edilən saatdan sonra edilən müraciətlər nəzərə alınmayacaqdır.
TKTA yalnız qismən akademik tanınma prosesini həyata keçirir və yekunda təqdim olunan şəhadətnamə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən köçürülmə üçün tələb olunan sənədlərdən biridir.
Müraciət edərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməsi zəruridir:
Müraciətçinin təqdim etdiyi akademik transkript apostil möhürü ilə leqallaşdırılmalıdır (ətraflı məlumat üçün);
Müraciətçinin təqdim etdiyi akademik transkriptdə ali təhsil müəssisəsinə qəbul tarixi aydın şəkildə qeyd olunmalıdır;
Müraciətçinin təqdim etdiyi akademik transkriptdə təhsil müddətində əldə edilmiş kreditlərin ümumi sayının AKTTS üzrə miqdarı açıq şəkildə qeyd olunmalıdır;
Müraciətçinin təqdim etdiyi akademik transkript onun ali təhsil müəssisəsinə qəbul tarixindən etibarən bütün ali təhsil müddətindəki akademik göstəricilərini özündə ehtiva edən yekun təhsil sənədi olmalıdır.
Müraciətçinin təqdim etdiyi akademik transkript ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə və notariat qaydada təsdiq olunmalıdır (ətraflı məlumat üçün).
Təqdim edilən sənədlərin autentikliyinin (həqiqi) mümkün olan ən qısa zamanda yoxlanılmasını həyata keçirmək məqsədilə sözügedən sənədlərin QR kod və ya elektron imzalı (keçid (link) əlavə olunmuş şəkildə) olması arzuolunandır.
Məmləkət Partiyasının sədri Məhərrəm İncə yenidən CHP-yə üzv olub.
Modern.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məhərrəm İncə CHP partiyasının parlament qrup iclasında iştirak edib və iştirakçılar qarşısında çıxış edib.
***
11:34
Məhərrəm İncə Türkiyənin Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıdır.
Modern.az NTV-yə istinadən xəbər verir ki, İncə bu gün keçiriləcək CHP TBMM qrup iclasında yenidən CHP-ye qatılacaq.
CHP lideri Özgür Özəl Məhərrəm İncəyə döş nişanı təqdim edəcək.
Qeyd edək ki, Məhərrəm İncə Türkiyədə 2018-ci ildə keçirilmiş prezident seçkilərində namizəd olub. O, 2021-ci ildə CHP-dən ayrıldıqdan sonra elə həmin ildə Məmləkət Partiyasını təsis edib. Məlumata görə, Məmləkət Partiyası iyul ayında fövqəladə qurultayla özünü buraxacaq.
Dünən axşam İsrail və İran arasında atəşkəs əldə olunmasını Türkiyə razılıqla qarşılayır.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderland səfərindən əvvəl təşkil edilmiş mətbuat konfransında danışıb.
O, İsraillə İranı əldə olunmuş atəşkəsə riayət etməyə çağırıb:
“Əvvəl də qeyd etdiyim kimi, bölgə yeni bir münaqişəyə dözə bilməz, yaranan gərginliklərin həll yolu yalnız diplomatiya olmalıdır”.
Bu gün keçirilən müəllimlərin sertifikasiyası imtahanına 6142 müəllim dəvət olunub.
Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, 1 saat 15 dəqiqə ərzində sertifikasiyadan 58 bal toplayan 185 nömrəli məktəbin biologiya müəllimi Əfsanə Cəfərova imtahanın çox rahat və şəffaf keçirildiyini bildirib.
O qeyd edib ki, suallar yaxşı hazırlanmışdı və tam olaraq müəllimin savadını ölçə biləcək səviyyədə idi:
"Əslində özüm üçün 60 bal gözləyirdim. Düşünürəm ki, iki sualı kurikulumdan səhv etmişəm. Suallar arasında asan, orta və çətin səviyyəli suallar var idi. Ümumilikdə suallar çox yaxşı tərtib olunmuşdu. Öhdəsindən gələ biləcək suallar idi, heç bir çətinlik yox idi", - deyə müəllim əlavə edib.
Nazirlər Kabineti “Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası”nı təsdiq edib.
Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna uyğun hazırlanıb, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları, həmçinin yerli özünüidarəetmə orqanları (bundan sonra - qurum) tərəfindən dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı təqdim olunan layihələrə onların texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəyin verilməsi qaydasını müəyyən edir.
Qaydada istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında” qanunlar, ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”, həmçinin digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.
Qayda əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
Azərbaycanda icazəsiz şəkildə fəaliyyət göstərən Quran kursları ilə bağlı məsələlər yenidən gündəmə gəlib.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Quran kurslarının icazəsiz şəkildə təşkili və fəaliyyəti yolverilməzdir.
Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, dini biliklərin verilməsi yalnız müvafiq dini təhsil müəssisələrində mümkündür:
“Sadəcə məscidlərin nəzdində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusi razılığı ilə fəaliyyət göstərən Quran kursları ola bilər. İcazəsiz şəkildə bu kursların təşkili və fəaliyyəti yolverilməzdir”.
Ceyhun Məmmədov vurğulayıb ki, belə halların qarşısını almaq üçün müvafiq qurumlar - yerli İcra Hakimiyyətləri və Dövlət Komitəsi bu proseslərə tam nəzarət etməlidirlər:
“İcra Hakimiyyətləri bilməlidir ki, onların ərazilərində fəaliyyət göstərən bu cür kurslar üçün rəsmi icazə mövcuddur, ya yox. Əgər icazə yoxdursa, bu fəaliyyətlərin necə və hansı əsasla təşkil edildiyi aydınlaşdırılmalıdır”.
Deputatın sözlərinə görə, məscidlərin nəzdində təşkil olunan kurslarda dərsləri yalnız dini təhsili olan peşəkar müəllimlər tədris edə bilərlər:
“Din xadimləri və kurs müəllimləri komitənin qeydiyyatında olmalı, onların fəaliyyəti mütəmadi olaraq yoxlanmalıdır.”
Millət vəkili əlavə edib ki, bir neçə il öncə qanunvericiliyə edilən dəyişikliklər məhz bu sahədəki boşluqları aradan qaldırmaq və nəzarəti gücləndirmək məqsədi daşıyırdı.
“Ona görə də bu cür halların təkrarlanmaması üçün məscidlərin və orada təşkil olunan kursların fəaliyyəti ciddi və davamlı şəkildə yoxlanılmalıdır. Həmçinin reydlər keçirilməli, nəzarət tədbirləri gücləndirilməlidir”.
Deputat onu da qeyd edib ki, belə hadisələr cəmiyyətdə narahatlıq yaradır, geniş müzakirələrə və suallara səbəb olur:
“İnsanlar haqlı olaraq soruşurlar – bu necə baş verdi və nə üçün müvafiq qurumlar bunun qarşısını vaxtında ala bilmədi? Bu səbəbdən bütün aidiyyəti orqanlar məsələyə ciddi yanaşmalı və bu kimi xoşagəlməz halların qarşısını almaq üçün lazımi tədbirlər görməlidirlər”.
Aytac Bəhruzqızı
İsrail və İran atəşkəs rejimini pozub.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
"İsrail, o bombaları atma. Əgər atsan, bu böyük bir pozuntu olacaq. Pilotlarını evə qaytar", - o qeyd edib.
Türk Mədəniyyəti və İrsi Fondu ilə “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və İpək Yolu boyunca yerləşən türk xalqlarına məxsus çoxəsrlik tarixi və zəngin mədəni irsin araşdırılması, qorunması və təbliğini nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb.
Modern.az xəbər verir ki, sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazova imzalayıblar.
Sənəd Türk dünyasının ortaq mədəni köklərinin araşdırılması, elmi tədbirlərin təşkili, birgə nəşrlərin hazırlanması və ictimaiyyətin maarifləndirilməsi məqsədini daşıyır. Tərəflər, həmçinin, beynəlxalq platformalarda türk mədəni irsinin tanıdılması üçün birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində razılığa gəliblər.
Memorandum tərəflər arasında gələcək əməkdaşlığın üfüqlərini genişləndirir və Türk dünyasının inkişafına xidmət edəcək irimiqyaslı birgə layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.
Sertifikasiyada 58 bal toplayan daha bir müəllim imtahanla bağlı fikirlərini bölüşüb.
Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, 306 nömrəli tam orta məktəbin biologiya müəllimi Günay Abdullayeva sertifikatlaşdırma imtahanında 58 bal toplayıb.
Müəllim bildirib ki, suallar onun üçün qaneedici olub:
"Suallar məni tam qane edirdi. Düşünürəm ki, iki sualı kurikulumdan səhv yazmışam. Məncə, ixtisasını bilən müəllim üçün sualları cavablandırmaq çətin deyil. Yeganə problem həyəcan oldu. Həyəcanlandığım üçün imtahandan tez çıxdım və ona görə də hansı sualı səhv etdiyimi yoxlaya bilmədim", -deyə Günay Abdullayeva əlavə edib.
Gürcüstan parlamenti Giorgi Qvarakidzeni ölkənin Baş prokuroru vəzifəsinə təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Bildirilir ki, namizədin təsdiqlənməsi parlamentin bu gün keçirilən plenar iclasında səsverməyə çıxarılıb. Qvarakidzenin lehinə 83 deputat səs verib, əleyhinə səs verən olmayıb.
Səsvermədən öncə Giorgi Qvarakidze Hüquqi Məsələlər Komitəsinin iclasında iştirak edib. O, prokurorluğun əsas prioritetləri, qarşıda duran çağırışlar və fəaliyyət planları ilə bağlı çıxış edib.
Xatırladaq ki, onun namizədliyi 18 iyun tarixində Gürcüstanın Prokurorluq Şurası tərəfindən səs çoxluğu ilə irəli sürülmüşdü.
İranın 85 yaşlı ali lideri Ayətullah Əli Xamenei tezliklə hakimiyyəti təhvil verə bilər.
Modern.az xəbər verir ki, “Reuters”in beş məlumatlı mənbəyə istinadən verdiyi məlumata görə, İranın növbəti ali liderini seçmək üçün Üləmalar Məclisini öz işini gücləndirib. Qapalı qurum olan Üləmalar Məclisininnin üzvləri iki il əvvəl Xamenei tərəfindən təsdiqlənib.
Agentliyin məlumatına görə, hazırda iki əsas fiqur müzakirə olunur: hazırkı liderin 56 yaşlı oğlu Müctəba Xamenei. O, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın sərt mühafizəkar kimi tanınır və mənbələrə görə, müxalifəti sıxışdırmaq, sərt xarici siyasət yeritmək barədə atasının fikirlərini tam bölüşür.
Digər namizəd Həsən Xomeyni İslam Respublikasının banisi Ruhulla Xomeyninin nəvəsidir. O, siyasi və sosial məhdudiyyətlərin yumşaldılmasını müdafiə edən islahatçı düşərgə ilə əlaqələndirilir, lakin eyni zamanda keçmişinə görə yüksək səviyyəli din xadimləri və bəzi İnqilab Keşikçiləri Korpusunun hörmətindən istifadə edir.
Lakin mənbələr yekun qərarın hələ verilmədiyini vurğulayır. Namizədlər dəyişə bilər, amma son söz yenə də Xameneinin özünə məxsusdur.
Yeri gəlmişkən, “Nyu-York Tayms” qəzeti bundan əvvəl daha üç mümkün namizəd haqqında məlumat vermişdi ki, onların arasında Müctəba Xameneinin adı çəkilmirdi.
Ali rəhbər İran İslam Respublikasının dövlət başçısıdır. İran Ali Rəhbərinin referendum təyin etmək, xalqın seçdiyi prezidenti təsdiq etmək, müharibə və sülh elan etmək, Silahlı Qüvvələrin Ali Baş Komandanı olmaq, məhkəmə hakimiyyətinin başçısını təyin etmək, radio və televiziya qurumunun rəhbərini təyin etmək kimi səlahiyyətləri var.
Əsas nazirlər ali rəhbərin razılığı ilə seçilir və o, İranın xarici siyasətində, həmçinin nüvə proqramında həlledici sözə malikdir.
Hazırkı ali rəhbər Əli Xamenei 1989-cu ildə Xomeyni vəfat edəndən sonra bu posta seçilib.
Müctəba Xamenei
Həsən Xomeyni
A.Qorxmaz
"Neftçi"nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib.
Modern.az xəbər verir ki, paytaxt təmsilçisi IV qrupda Türkiyənin “Fomget” klubu ilə üz-üzə gələcək.
"Neftçi" ilk görüşünü səfərdə, cavab matçını evdə keçirəcək.
İsraillə İran arasında münaqişə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük zərər vurub. İsrailin hərbi əməliyyatları İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə edib və belə olduqda, yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması halları qaçılmazdır.
Hələlik iki ölkə arasında toqquşma müvəqqəti olaraq dayandırılıb. Zərbələrin davam edib-etməyəcəyi məlum deyil.
Bundan əvvəl Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib.
Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, İranla İsrail arasında məsələnin pərdəarxası var:
"Dolayı yolla da olsa, ABŞ-Rusiya qarşıdurması, hətta müharibə belə olmasa, hiss olunur ki, siyasi mübarizə gedir. İran xarici işlər nazirinin Rusiyaya gedib, bu ölkənin Prezidenti Vladimir Putinlə görüşməsi, eyni zamanda Qətərin bu məsələlərə qarışması bir daha göstərir ki, dırnaqarası soyuq müharibə hələ də davam edir. Sadəcə olaraq, Tramp müharibənin dayanmasının ABŞ-dən və şəxsən onun özündən nüfuzundan asılı olduğunu göstərməyə çalışır. Yəni Tramp deyirsə ki, müharibə dayanır, deməli, guya dayanır. Amma faktiki olaraq belə deyil. Burada yalnız Trampın nüfuzu deyil, müxtəlif qütbləşmiş siyasi baxışların toqquşması rol oynayır. İstər Natanz, istərsə də digər şəhərlərdə yerləşən digər nüvə obyektlərinin ABŞ tərəfindən vurulması bunun regionda ən yaxın müttəfiqinin İsrail olduğunu bir daha göstərdi. Məram və məqsəd nüvə silahının ləğvi eyni zamanda, hegemonluğun göstərilməsi idi. İran özünün arsenalını daha ciddi göstərmək üçün ABŞ-nin Qətərdə yerləşən aviabazalarına hücum etdi. Yəni problemlər tək İsraillə İran arasında deyil, ümumiyyətlə, Yaxın Şərqdə gedən nüfuz davasıdır. Bu gün müharibənin dayanması, yaxud atəşkəsə nail olunması real görünmür. Bunlar müharibəyə başlayanda da 14 gün davam edəcəyini deyirdilər. Bu gün artıq 12-ci gündür. Müharibənin dayanması inandırıcı görünmür. Sadəcə olaraq, müxtəlif qüvvələr güc nümayiş etdirməklə, prosesi davam etdirəcəklər".
Komitə sədri informasiya mühitinin qarışıq olduğunu, buna görə də diqqətli olmalı olduğumuzu deyib:
"Tək hansısa media nümayəndəliyindən, yalnız bir məlumat mənbəyindən yox, bir neçə mənbədən bu məlumatları alaraq, regionda baş verənləri təhlil etmək lazımdır. Bu işdə Azərbaycanın apardığı siyasət ən yülksək səviyyədə dəyərləndirilməlidir. Həqiqətən də, həm sərhədlərin bağlanması, müdafiə ilə, sərhədlərlə bağlı atılan addımlar yüksək qiymətləndirilməlidir. Yəni təhlilsiz, reytinq naminə bu məlumatları yaymaq məqsədəmüvafiq deyil".
"Azərbaycanın İsrailə çağırışı düzgün atılmış addımdır"
Azərbaycanın İsrailə müraciətindən də bəhs edən Arzu Nağıyev deyib:
"Azərbaycan-İsrail münasibətləri də yüksək səviyyədə inkişaf edir. İran da qonşuluq siyasətini həyata keçirir. Bütün dövlətlərin ərazi bütövlüyünü qəbul edirik. Xaricdə yaşayan azərbaycanlılarımızı da ən yüksək səviyyədə dəyərləndiririk. Ona görə də istənilən dövlətə müraciət etməyimiz Azərbaycan Prezidentinin siyasətidir. Hansı kanallarla necə müraciət edilməsinə baxmayaraq, düzgün atılmış addımdır. Bizim çağırışışmıza da müsbət cavab verilir. Eyni zamanda onu da qeyd etmək istərdim ki, BMT-nin 193 dövlətindən 77-si Azərbaycana müraciət edərək orada olan vətəndaşlarının və səfirlik nümayəndələrinin təxliyyəsini məhz bizdən xahiş etdi. Bu da Azərbaycanın apardığı müstəqil xarici və daxili siyasətin bariz nümunəsidir".
Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili istefa verib.
Modern.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gün də davam edir.
Modern.az xəbər verir ki, sertifikatlaşdırılma imtahanlarının dördüncü günündə də 60 bal toplayan müəllim olub.
Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin biologiya müəllimi Nərgiz Əliyeva sertifikatlaşdırılması prosesinin tedt imtahanı mərhələsində maksimum nəticə göstərərək 60 bal toplayıb!
Qeyd edək ki, 24 iyun tarixində keçirilən imtahanda biologiya və kimya fənnini tədris edən müəllimlər iştirak edirlər.
Bu gün təşkil olunan test imtahanına ümumilikdə 6142 nəfər müəllim dəvət olunub.