Modern.az

Spiker Yevda Abramovu təbrik etdi

Spiker Yevda Abramovu təbrik etdi

12 İyun 2018, 12:21

Deputat Vahid Əhmədov həmkarı Yevda Abramovu 70 yaşı münasibətilə təbrik edib.

Modern.az-ın məlumatına görə, Vahid Əhmədov Milli Məclisin iclasında həmkarının səhhəti barədə də danışıb.

O bildirib ki, hazırda Yevda Abramovun sağlamlığı normaldır:

“Tezdən onunla danışdım və ad gününü təbrik etdim. Hazırda evdə istirahət edir. Yəqin ki, yaxın vaxtlarda işə çıxacaq”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, bu gün Yevda Abramovu çağırıblar və ona parlamentin fəxri medalını veriblər.

“Biz həmişə millət vəkillərini diqqətdə saxlayırıq. Bundan əvvəl İmamverdi İsmayılovu da çağırdıq Milli Məclisə və onu təbrik etdik". 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər