Modern.az

“Adam xaricilərin yanında utanır” - Deputat məsələ qaldırdı

“Adam xaricilərin yanında utanır” - Deputat məsələ qaldırdı

12 İyun 2018, 13:12

“Xəzərin Bakı bulvarı hissəsinə axıdılan tullantılar orada üfunət qoxusunun yayılmasına səbəb olur. Bu qoxuya görə adam xarici vətəndaşların yanında utanır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirlən növbədənkənar iclasında parlamentin  Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

 

Deputat həmçinin məişət tullantılarının çeşidlənməsi və daşınması ilə bağlı problemin illərdir qalmasına da diqqət çəkib.

 

“Dünyanın bir çox ölkələrində zibillər çeşidlənir. Bu, onların emalını da asanlaşdırır. Lakin bizdə bu məsələ həllini tapmır. Bundan başqa, məişət tullantılarının daşınması da ciddi problemdir. Bu tullantılar ötən əsrin 60-cı illərindən qalmış kolxoz maşınları ilə daşınır, bəzən küçəyə dağılır. Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni həll etməlidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər