Modern.az

Azərbaycandakı qəbir daşları İslamın İndoneziyaya Qafqazdan getdiyinə işarədir

Azərbaycandakı qəbir daşları İslamın İndoneziyaya Qafqazdan getdiyinə işarədir

Aktual

13 İyun 2018, 08:48

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie və İndoneziya Universtetinin Mədəniyyət Elmlər Fakultəsinin professor, tədqiqatçısı, eyni zamanda Farsşünas, Bastian Zulyeno Ph.D Azərbaycanın Sundu və Mərəzə bölgələrində qədim məzarlarla tanış olub. 

Bu barədə Modern.az-a İndoneziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirlir ki, Mərkəzi Azərbaycanda, iki bölgədə yerləşən bu məzarların XI-XII əsrlərə aid olduğu təxmin edilir. Ön araşdırma etmək üçün Azərbaycana gələn Sebastian bu məzarların İndoneziyanın Açeh və Barus bölgələrindəki məzarlara bənzədiyini deyib. Həmin qəbirlərdə sufi yazıları, fars şairlərinə aid ayaqqabıya və qədim çıraqlara bənzər simvolları sufi alimlərindən və ya krallardan xəbər verir. Tarixi materiallarına baxanda isə bu ehtimal daha da güclənir. 

 

Qəbristanın təpədə yerləşməyi də buna bir işarə ola bilər: “Bildiyimiz kimi təkcə İndoneziyada deyil bütün dünyada ən böyük müsəlman cəmiyyəti İndoneziyadadır. Bastianın fikrinə görə, bu səbəbdən İslamın Indoneziyaya gəlməyi və inkişafı müzakirə mövzusudur. Onun sözlərinə görə, indiyə qədər  İslamın ilk dəfə İndoneizyaya necə gəldiyi mübahisə mövzusudur. İslamın İndoneziya arxipelaqına haradan və necə gəlməyi haqqında iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyə İslamın VII əsrdə, Bəni Üməyyənin nüfuzunun indiki Yaxın Şərq adlandırılan regiondan kənara çıxması dövrünə təsadüf etdiyini deyir (661- 750). Bu nəzəriyyəni dəstəkləyənlər arasında V.P.Groeneveldt, T.V.Arnold,Seyx Naquib Al-Attas, J.C. van Leur, Hamka, və Uka Tjandrasasmita kimi tədqiqatçı alimlər var. İkinci nəzəriyyədə isə deyilir ki, İslamın İndoneziya adalarına yayılması XIII əsrə təsadüf edir. İkinci nəzəriyyəni dəstəkləyənlər arasında C. Snouck Hourgranje, R.A. Kern, J.P.Moquette, dan Haji Agus Salim kimi görkəmli səxslər də var. Bu nəzəriyyəyə əsasən İslam İndoneziyaya Abbasilərin Yaxın Şərqdə nüfuz sahibi olduğu dövrə təsadüf edir (750-1258).

 

İndoneziyanın Azərbaycandakı Səfiri, Husnan Bey Fananie qeyd edir ki, hər iki nəzəriyyə ilə əlaqəli olaraq “İslam Indoneziyada yenicə tanıdılmağa və yayılmağa başladığı dövrdə İndoneziya ərazisinə Qafqaz, xüsusilə Azərbaycandan gəlmişdir və o zamanlar Azərbaycan Iran dövlətinin bir hissəsi idi. Bu bir  daha İslamın İndoneziyaya təkcə Yaxın Şərqdən deyil, Sufi təriqətinin yarandığı və geniş vüsət aldığı Orta Asiyadakı sufilər tərəfindən Qafqazlardan, xüsusilə Azərbaycandan gəldiyi fikrini daha ön plana çəkir. Cənab Husnan Bey Fananie və Cənab Sebastian umid edirlər ki, bu tarixi kəşf hələdə mübahisəli mövzu olan İndoneziyaya İslamın necə gəlməsi və yayılmasını daha da araşdırmaq üçün böyük tarixi araşdırmanın başlanğıcıdır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər