İyunun 12-də ABŞ və Şimali Koreya liderlərinin Sinqapurda keçirilən tarixi görüşündə maraqlı anlar yaşanıb.
Modern.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, imza atma zamanı Kim Çen In üçün nəzərdə tutulmuş qələm dəyişdirilib.
İmza atma mərasimi zamanı masanın Kim Çen Inın oturduğu tərəfinə Şimali Koreyalı əməkdaş tərəfindən əlcəklə parıldadılmış qələm qoyulub.
Lakin Şimali Koreya lideri qələmə uzandığı zaman onun bacısı Kim Yo-conq ani bir hərəkətlə qələmi dəyişdirib. O, qardaşına öz qələmini verərək xidmətçi tərəfindən qoyulmuş qələmi pencəyinin cibinə atıb.
Buna səbəb qələmin üzərində Trampın adının olması olub. Belə ki, Kim Çen In Trampın adı olan qələmlə tarixi sənədə imza atmaq istəməyib.
Əvəz ZEYNALOV