“Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinə qadağa və məhdudiyyətlər nəzərdə tutan, 16-cı maddənin 1.8-ci bəndində əvvəllər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya qanunvericiliyini pozduğuna görə iki və daha çox inzibati məsuliyyətə cəlb olunduqda onların ölkəyə girişinə qadağa və məhdudiyyətlər tətbiq olunurdu”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Elmira Axundova deyib.
Deputat bildirib ki, amma indi təklif olunan dəyişiklikdə isə qeyd olunur ki, həmin inzibati məsuliyyətə görə tətbiq edilən cəriməni ödədikdə bu qadağa götürülür.
“Buradan belə çıxır ki, ölkəmizə gələn əcnəbilər yaşama qaydalarını pozduğu halda müəyyən məbləğdə cərimə ödəyərək yenə də burada qalıb istədiyi davranışı davam elətdirə bilər. Bəzi xaricilər üçün bu məbləği ödəmək elə də çətin olmayacaq. Bu halda belə liberallaşma neqativ halların çoxalmasına gətirib çıxarmayacaqmı? Onsuz da mətbuatımızda, xüsusən də sosial şəbəkələrdə bəzi xarici turistlərin bizim ölkəmizdə özlərini artıq dərəcədə sərbəst aparmasına dair, xoşagəlməz hərəkətlərinə dair (məsələn xanımlarımıza qarşı) çoxsaylı şikayətlər və etirazlar nəzərə çarpır. Mənə elə gəlir ki bu maddəyə bir əlavə də etmək lazımdır ki, əgər hansısa əcnəbi artıq bir dəfə cərimələnib və ikinci dəfə yaşama qaydalarını pozubsa onu respublikamızın hüdudlarından kənara çıxarmaq məqsədəuyğun olardı. Yoxsa ancaq cərimələrlə kifayətlənsək neqativ hallar çoxala bilər. Xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirilsi