Modern.az

İlham Əliyev NATO-nun sabahkı sammitinə gedir  

İlham Əliyev NATO-nun sabahkı sammitinə gedir   

10 İyul 2018, 17:15

Azərbaycan Prezidenti  İlham Əliyev bu axşam  Brüsselə səfər edəcək.

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan və Türkiyə prezidentlərinin Bakıda keçirilən mətbuat konfransında məlumat verilib.

Prezident İlham Əliyev sabah Brüsseldə NATO-nun iclasında iştirak edəcək.

Qeyd edək ki, iyulun 11-12-də Brüsseldə NATO-nun 29-cu sammiti keçiriləcək.

İiyulun 11-də sammit çərçivəsində üzv ölkələrin liderləri terrorizmlə mübarizədə NATO-nun rolunun artırılması ilə bağlı təkliflər verəcək, NATO-nun yüzlərlə təlimçisinin iştirakı ilə İraqda yeni təlim missiyasının başlanmasına razı olacaqlar. Sammitin gedişində müttəfiqlər Skopyeni Şimali Makedoniya Respublikası adı altında NATO-ya üzv olmağa dəvət etmək niyyətindədirlər. Sammit tərəfdaş ölkələrin iştirakı ilə Əfqanıstan üzrə görüşlə yekunlaşacaq.

Tədbirdə 54 rəsmi nümayəndə heyəti iştirak edəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər