Modern.az

Deputat Prezidentin mesajlarını şərh etdi: “O kadrlar önə çəkilməli, islahatlar dərinləşməlidir”  

Deputat Prezidentin mesajlarını şərh etdi: “O kadrlar önə çəkilməli, islahatlar dərinləşməlidir”   

10 İyul 2018, 18:02

“İyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı bir sıra mühüm mesajlar verdi. Əvvəla onu qeyd edim ki,  Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişaf etməsını təmin etməkdən ötrü  islahatlar dərinləşməlidir. Prezident  də çıxışdan bildirdi ki, “elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.


Deputat bildirib ki,  son vaxtlar neftin qiymətinin artmasından arxayınlaşıb, islahatları arxa plana çəkmək çox təhlükəlidir:


“Bu, son iki ildəki geriləmərdən sonra  iqtisadiyyatdakı builki müsbət meylləri söndürər, problemləri daha dərinləşdirər və daha ciddi yeni iqtisdi və sosial  problemlər yaradar. Çünki neftin qiymətinin son dövrlərdəki artımının geopolotik tərəfləri iqtisadi tərəfindən daha güclüdür. Deməli neftin qiyməti necə qalxıbsa, elə o cür də aşağı düşə bilər. Ona görə də prezident bildirdi ki, müasir dövrün tələbləri diktə edir ki, islahatlar daha da dərinləşsin və şəffaflıq tam təmin edilsin. Xüsusən də vergi və gömrük sistemlərində gedən proseslərin timsalında prezident bildirdi ki, “bütün dövlət qurumları, eyni zamanda, sahibkarlar da bilməlidirlər ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıbdır, qeyri-sağlam rəqabətə son qoyulur. Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir.O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq.”


Ə.Məsimli deyib ki, kadr islahatları davam etdirilməlidir:


“Ölkə başçısı müşavirədə qeyd etdi ki, islahatlar zamanı qabaqcıl ölkələrin təcrübəsi  Azərbaycanda tətbiq edilməlidir. Obyektiv meyarlar müəyyənləşdirilməlidir. Çıxışda qeyd olundu ki, “hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə onlar işdən çıxarılacaqlar”. Düşünürük ki, müşavirədə səslənən bütün fikirlər, xüsusən də kadr islahatları sahəsində zəruri olan belə addımların davamı kimi yeni addımlar  tezliklə atılmalı, müasir dövrün tələblərinə cavab verən islahatları həyata keçirməyə qadir kadrlar önə çəkilməlidir”.


Deputat sosial təminat sahəsində ciddi islahatların aparılmasının vacibliyini vurğulayıb:


“Sosial sahədəki məlumatların, xüsusən də yerlərdən göndərilən məlumatların xeyli hissəsi reallığı əks etdirmir. Əksər regionlarda vəziyyət ağırdır və məmurlar bunu hər vasitə ilə gözlətməyə çalışırlar. Prezidentin çıxışında da qeyd edildiyi kimi, “bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır”.
Sosial proseslərin tənzimlənməsinin səmərəliliyinin artırılmasının, xüsusilə regionlarda məşğulluq probleminin həllini sürətləndirilməsinin və iqtisadi inkişafımıza əlavə təkan verilməsinin vacib mexanizmi kimi  özünüməşğulluq proqramının icrasına geniş vüsət verilmsi və bu sahəyə əlavə vəsait ayrılması nəzərdə tutulur. Prezident bildirdi ki,  “hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfələrini verəcəklər””.

 

Deputat həmçinin qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır:

 

“Dövlət başçısı çıxışı zamanı qeyd etdi ki, ictimai xidmətlər sahəsində "ASAN xidmət”in təcrübəsi göstərir ki, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək. Prezident də bildirdi ki, “ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir””. 


Ə.Məsimli deyib ki, inşaat sektorunda mövcud olan ciddi  neqativlər aradan qaldırılmalıdır:


“Prezident bildirdi ki, inşaat sektorunda xeyli müsbət işlər görülüb. “Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir.Ancaq, eyni zamanda, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir”. Çıxışda göstərildiyi kimi, “bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır... Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar”.
 Yeni tikilən binaların bir hissəsi milli arxitekturaya əməl edilməklə tikildiyindən, zövq oxşayır, qalanları isə çox zövqsüz və görkəmi Bakı üçün xarakterik olan arxitekturaya heç uyğun gəlmir. Şəhərin mərkəzi və birinci dairəsində sökülən yerlərdə başqa binalar,restoranlar və digər obyektlər yox, əksər inkişaf etmiş ölkələrdə və normal inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, yaşıllıq zonaları, parklar, bağlar,bağçalar salınsın. Qədim abidələr söküntüyə məruz qalmasın, olduğu kimi saxlanılsın və ya restovrasiya olunsun. Bu baxımdan Bakının mərkəzi sayılan kiçik bir sahə ilə yanaşı Bakı-Mərkəz Planlaşdırma Zonasına aid edilən bütün sahələri (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai və Binəqədi rayonları, Əhmədli, Keşlə və M.Ə.Rəsulzadə qəsəbələri) paytaxt sözünün məna yükünə uyğun vəziyyətə gətirmək, abadlaşdırmaq, insanların yaşaması və işləməsi üçün əlverişli vəziyyətə gətirmək çox zəruridir”.


Əli Məsmli onu da qeyd edib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var:


“Son 15 il ərzində  enerji sektoruna böyük sərmayələr qoyulub. 2500 meqavat gücündə yeni generasiya gücləri yaradılıb. Bununla belə.Prezidentin dəfələrlə qeyd etdiyi kimi, “bir qəzaya görə bütün enerji sistemi çökməməlidir”. Enerji  sahəsindəki təhlükəsizlik dövlətin təhlükəsizliyinij çox mühüm tərkib hisəsidir.müharibə vəziyyətində olan Azərbaycan üçün isə belə məsələlər xüsusi aktuallıq kəsb edir. Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzaya görə bütün enerji sistemi çökməsi məsələsi ciddi araşdırılmalı, həm ciddi nətcələr çıxarılmalı, həm də beynəlxalq qabaqcıl təcrübəyə əsaslanaraq enerji sektorunda zəruri islahatlar həyata keçirilməli, Azərbaycanın enerji sistemini ən müasir əsaslarla idarə etməsi etibarlı şəkildə təmin edilməlidir”. 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər