Modern.az

Ağdamda avtomobillərdən oğurluq edən şəxs tutulub

Ağdamda avtomobillərdən oğurluq edən şəxs tutulub

24 İyul 2018, 00:24

Ağdamda avtomobillərdən oğurluq edən şəxs tutulub. Modern.az xəbər verir ki, rayon polis şöbəsinin müstəntiqi Rəşad Cəfərovun APA-ya verdiyi məlumata görə, rayon sakinləri Əflatun Abbasov, Vətən Məmmədliyə məxsus “Mercedes” markalı və Rüfət Əhmədova məxsus “Lada” markalı avtomobilin şüşələri sındırılaraq avtomobillərdən pul və mobil telefonların oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində avtomobillərə ziyan vuran və oğurluq edən şəxsin əvvəllər məhkum həyatı yaşamış Salahov Ağəli Ceyhun oğlu olduğu müəyyən edilib, həmin şəxs tutularaq istintaqa cəlb olunub.

 

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan Putinə susdurucu Qarabağ cavabı - Bu torpaq Azərbaycanındır