Modern.az

“Qarabağ”ın bugünkü oyunu CANLI yayımlanacaq? - AÇIQLAMA

“Qarabağ”ın bugünkü oyunu CANLI yayımlanacaq? - AÇIQLAMA

Aktual

25 İyul 2018, 15:16

“Qarabağ” bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Kukesi” ilə Albaniyadakı oyunun teleyayımında yaranmış problemlə əlaqədar bəyanat yayıb.

Modern.az xəbər verir ki, klubun rəsmi saytının yaydığı bəyanatda bildirilir ki, “Kukesi” - “Qarabağ” matçının ölkəmizdə yayımlanması üçün heç bir telekanalımız qarşı tərəflə razılaşmayıb. 

“Azarkeşlərimizin istəyini nəzərə alan klub rəhbərliyimiz və sponsorumuz “Azərçay” yayım məsələsini öz üzərinə götürüb və Albaniya telekanalıyla danışıqlara başlayıb. Hazırda da danışıqlar davam edir, ilk mərhələdə baş tutan danışıqlar uğurlu alınıb. Saat 21:00-da başlayacaq matçın”Azərçay”ın sponsorluğu ilə ölkəmizdə yayımlanacağı gözlənilir”.

25 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, ilk oyunlar

21:00. “Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan)
Baş hakim:
 Ola Hobber Nilsen (Norveç)
Şkoder. “Loro Boriçi” stadionu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi