Modern.az

Arif Hacılı bu gün xəstəxanadan çıxacaq  

Arif Hacılı bu gün xəstəxanadan çıxacaq   

1 Avqust 2018, 12:41

Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün xəstəxanadan çıxacaq.

Bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının  rəhbəri Gülağa Aslanlı  Modern.az saytına məlubat verib. O bildirib ki,  hazırda Arif Hacılının vəziyyəti tam normaldır:

“Onun böyrəklərində daşlar var idi, həmin daşlar lazer yolu ilə xırdalanıb və orqanizmi təmizlənib”.

G.Aslanlı həmçinin Müsavat Partiyasının  bu il keçiriləcək qurultayından da söz açıb:

“Müsavat Partiyasının  qurultayı ilə bağlı bildiyiniz kimi, təşkilat komitəsi yaradıldı. İndi  nizamnaməyə uyğun olaraq rayon təşkilatlarında  konfranslar keçirilməlidir. Havaların isti olması ilə əlaqədar  bu işlər ləngiyir. Yəqin ki, əsas sürət sentyabr ayından başlayacaq”.

Müsahibimiz “Arif Hacılı yenidən başqanlığa namizədliyini verəcəkmi” sualını belə cavablandırıb:

“Bunun nizamnamə mərhələsi mövcuddur. Ona uyğun olaraq  namizədlərin irəli sürülməsi başlanan zaman Arif Hacılının da yenidən başqanlığa namizədliyini verib-verməyəcəyi  bəlli olacaq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?