Modern.az

Britaniyada Rusiyaya işləyən casuslar ifşa olunacaq

Britaniyada Rusiyaya işləyən casuslar ifşa olunacaq

27 Avqust 2018, 15:51


Rusiyaya qarşı ifadə verməyə hazırlaşan Uilyam Brauder keçmiş Britaniya casusları tərəfindən izləndiyini söyləyib.

Modern.az Britaniyanın tanınmış “Mirror” nəşrinə istinadən xəbər verir ki, Brauder bu şəxslərə izlənmə üçün altı sıfırlı məbləğlərin ödənildiyini bildirib.

O, həmçinin bu casusların Rusiyaya işləyə biləcəklərindən ehtiyat edir.

Nəşrin məlumatına görə, Brauder gələcək ay Britaniya parlamentindəki Rusiyaya işləyən şəxslər haqda məlumat verəcək.

“Mən Britaniyanın Kəşfiyyat və Təhlükəsizlik Şurası qarşısında ifadə verəcəyəm və bu mənim bölüşəcəyim əsas məsələlərdən biridir. Onlar Rusiyanın Britaniyadakı qanunsuz fəaliyyəti barəsində hesabat hazırlayırlar və mən düşünürəm ki onlar bu barədə bilmirlər” – deyə o söyləyib.

Xatırladaq ki, Uilyam Brauder Hermitage Сapital fondunun qurucusudur.

Qeyd edək ki, Brauder həmçinin təhdid məktubları da aldığını bildirib. Onun izlənməsində ittiham olunan şirkətin Brauder haqda dosye hazırladığı və onun yerini müəyyən etməyə çalışdığı iddia olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU