Britaniya hakimiyyəti Hind okeanda nəhəng hərbi baza kimi işlətdiyi Çaqos adasını itirə bilər.
Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, bu adanın Britaniyada qalıb ya əlindən alınmasına Beynəlxalq Haaqa məhkəməsi qərar verəcək.
BMT Baş Assambleyası Çaqos məsələsinin beynəlxalq Haaqa məhkəməsinə verilməsini dəstəkləyib.
Bu ada yarım əsr ərzində Britaniyanın rəsmi ərazisi elan edilib. Lakin indi ona əvvəllər Britaniya imperiyasının bir koloniyası olan Mavriki dövləti iddia edir.
Hazırda bu mövzuda birgə dinləmələr aparılır. Dinləmələr sentyabrın 3-dən başlayıb və 6-na kimi davam edəcək. Sonda bu məsələ ilə bağlı BMT məsləhətləşmə qərarı verəcək.
Xatırladaq ki, bu arxipelaq Hind okeanın mərkəzində yerləşir və Hindistanın cənub-qərbindəki digər adalar kimi avropalıların ekspansiyasına qədər burada məskunlaşma olmayıb. 1715-ci ildə Fransa buranı öz Mavriki koloniyasının bir hissəsi elan edib. Bir əsr sonra bu ada koloniya ilə birgə Britaniya imperiyasının tərkibinə keçir.
1965-ci ildə isə birləşmiş Krallıq Mavrikini müstəmləkəçiliyin ləğvini sürətləndirməyi söz verərək adadan imtina etməyə inandırıb. Bundan üç il sonra isə xəritədə yeni Mavriki dövləti qeydə alınıb. Daha sonra britaniyalılar adada yaşayan insanları adadan çıxarmağa başlayıblar. Bu insanlar əvvəllər fransız və britaniyalılar tərəfindən gətirilən qullar olublar, sonradan quldarlığın ləğvi ilə bu adada yaşamağa başlayıblar. Bütün bunlardan sonra isə ada Britaniyanın nəhəng hərbi bazasına çevrilib.
Qeyd edək ki, Britaniyanın rəsmi şəkildə 14 xarici ərazisi mövcuddur.