Lənkəran rayonunda zəlzələ olub. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:12-də Lənkəran stansiyasından 10 kilometr qərbdə Lənkəran ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.