Modern.az

Kürdəmir sakinində saxta dollarlar aşkarlandı

Kürdəmir sakinində saxta dollarlar aşkarlandı

6 Sentyabr 2018, 13:21

Kürdəmir sakinində 81 ədəd saxta dollar aşkarlanıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, sentyabrın 5-də Kürdəmir rayonunun Ərşəli kənd sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edərək sentyabrın 4-də evinə gəlmiş həmkəndlisi Ramiz Hüseynovun ona dəyişmək məqsədilə 81 ədəd 50 ABŞ dollarlıq əskinas verməsini, sonradan həmin əskinasların saxta olmasını aşkar etməsini bildirib.

Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən R.Hüseynovun evinə baxış zamanı dövriyyədən çıxarılmış 9640 belarus rublu aşkar edilərək götürülüb.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi