Modern.az

İlham Əliyev və Ərdoğan bugünkü paradda olacaq, qırıcılar riskli manevrlər edəcək - DETALLAR

İlham Əliyev və Ərdoğan bugünkü paradda olacaq, qırıcılar riskli manevrlər edəcək - DETALLAR

Aktual

15 Sentyabr 2018, 10:20

Bu gün – sentyabrın 15-i Bakının işğaldan azad edilməsinin  100 ili tamam olur. 1918-ci il sentyabrın 15-də Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri işğalçılardan azad edib. Bu, XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.  Məhz bu əlamətdar tarixi hadisə ilə əlaqədar olaraq bu gün Bakının Azadlıq Meydanında hərbi parad keçiriləcək.

 

Paradın aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Modern.az-a açıqlamasında hərbi nümayişin proqramı haqqında məlumat verib.

 

O bildirib ki, paradda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir.

“Paradda 100 il bundan öncə Bakı şəhərinin yaşadığı təntənə, zəfər günü canlandırılacaq. Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində həm Azərbaycanın, həm də Türkiyənin hərbi qulluqçuları meydana daxil olacaqlar.  Həmçinin Türkiyənin məşhur Mehteran Birliyi əski Azərbaycan və türk döyüş marşlarını ifa edəcək.  Bundan əlavə, paradda Bakı Qarnizonunun birlik, birləşmə, hərbi hissə, dövlət xidmətləri, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin təmsilçiləri tribuna önündən keçəcəklər”.

 

Abdulla Qurbani deyib ki, paradda Bakı Qarnizonunun hərbi hissə və birliklərinin bir çox xüsusi təyinatlı döyüş texnikaları, zenit raket qurğuları, artilleriya sistemləri və digər hərbi texnikalar da təqdim olunacaq.

 

“Ümumiyyətlə , paradı Xalq artisti, professor, general-mayor Yusif Axundzadənin rəhbərlik etdiyi birləşmiş hərbi orkestr müşayiət edəcək. Paradda Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri, döyüş təyyarələri də tribuna önündən keçəcək. Helikopterlərimiz Azərbaycan və Türkiyə respublikalarının Dövlət Bayraqlarını yanaşı Azadlıq Meydanı üzərindən aparacaqlar. Bununla yanaşı, Türkiyənin məşhur hərbi  hava qüvvələrinin “Türk Ulduzları” da artıq Azərbaycandadır. Onlar da bu gün Bakı səmasında Azadlıq Meydanı üzərindən riskli manevrlər edəcələr”.

O qeyd edib ki, bugünkü parad bir daha şanlı döyüş tariximizə hörmət və ehtiramın təcəssümünə çevrilməklə yanaşı,  həm də günü-gündən möhkəmlənən Azərbaycan – Türkiyə qardaşlığının, dostluğunun təntənəsinin nümayişinə çevriləcək .

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi