Modern.az

Maşın sürərkən siqaret çəkmək qadağan edilsin! - Deputatdan maraqlı TƏKLİF  

Maşın sürərkən siqaret çəkmək qadağan edilsin! - Deputatdan maraqlı TƏKLİF   

24 Sentyabr 2018, 16:31

Milli Məclisin deputatı Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib. Modern.az-ın məlumatına görə, deputat bu təklifi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

A.Əlizadə deyib ki, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər.

“Sürücü siqareti çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman da onun diqqəti yoldan yayınır. Ona görə də bunu qadağan etmək lazımdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?