Modern.az

Azərbaycanın Birinci vitse-prezidentinin İtaliya səfəri əlaqələrimizə əlavə təkan olacaq” - Deputat

“Azərbaycanın Birinci vitse-prezidentinin İtaliya səfəri əlaqələrimizə əlavə təkan olacaq” - Deputat

26 Sentyabr 2018, 16:28

“Azərbaycan-İtaliya münasibətləri yüksək səviyyədədir və yüksələn xətt üzrə inkişaf edir. Ölkə başçımız dəfələrlə İtaliyaya istər rəsmi, istərsə də işçi səviyyədə səfərlər edib. Bu ilin iyul ayında isə İtaliya prezidenti cənab Sercio Mattarella ölkəmizə səfər edib. Həmin səfər zamanı ölkələrimiz arasında 40-dan çox hüquqi sənəd imzalanıb. İmzalanmış bu sənədlər ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə çatdırılması üçün hüquqi bazanın möhkəmləndirilməsinə xidmət etməkdədir. Ümumiyyətlə, qarşılıqlı əsasda həyata keçirilən yüksək səviyyəli səfərlər hər zaman Azərbaycan-İtaliya münasibətlərinin yüksəlməsinə çox böyük təkan verib”.

 

Bunu Modern.az-a Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya səfərini şərh edərkən deyib.

 

Deputat qeyd edib ki, İtaliya Azərbaycanın bir nömrəli ticari tərəfdaşıdır:

“Sentyabrın 25-də Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İtaliya Respublikasına rəsmi səfərə gedib. Həmin səfər çərçivəsində Mehriban Əliyevanın İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşü olub. Səfər çərçivəsində həmçinin İtaliya Senatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə konfrans keçirilib. Konfransı giriş nitqi ilə İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati açıb. Daha sonra Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva çıxış edib. Konfrans çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair sənədli film nümayiş etdirilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi keçirilib. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb”.

 

Azər Kərimli əminliklə bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin bundan sonrakı yüksəlişinə əlavə təkan verəcək və bu münasibətlərin daha da inkişaf etməsinə gətirib çıxaracaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi