Modern.az

Antiinhisar siyasəti aparan qurumların səlahiyyətləri artırılır

Antiinhisar siyasəti aparan qurumların səlahiyyətləri artırılır

28 Sentyabr 2018, 10:19

Antiinhisar siyasətini formalaşdıran və həyata keçirən dövlət qurumlarının səlahiyyətləri artırılır.

 

Modern.az-ın məlumatına görə, bu barədə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd edilib.

 

Sənəddə bildirilib ki, antiinhisar siyasətini formalaşdıran və həyata keçirən dövlət qurumlarının səlahiyyətlərinin artırılması istiqamətində təkliflər hazırlanacaq.

Bu təkliflər qurumlar tərəfindən inhisarçılıq  fəaliyyətinin qarşısının alınması, bazara ədalətsiz şərtlərlə məhsul və xidmətlər çıxaran şirkətlərə qarşı mübarizənin gücləndirilməsi, təchizat, qiymət, texnologiya üzərində inhisarçı nəzarətin aradan qaldırılması, bazar subyektləri arasında mümkün üfüqi və şaquli inhisar razılaşmalarının qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Bundan əlavə, rəqəmsal hesabatlılıq sistemi yaradılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi