Modern.az

Əli Məsimli kredit riskləri ilə bağlı qanun layihəsi hazırlamağa çağırdı  

Əli Məsimli kredit riskləri ilə bağlı qanun layihəsi hazırlamağa çağırdı   

1 Oktyabr 2018, 13:05


“Azərbaycanda “kredit risklərinin sığortalanması haqqında” qanun layihəsi hazırlanaraq qəbul olunmalıdır, bu qanuna ehtiyac var”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib. Onun sözlərinə görə, bu qanunun mövcudluğu xarici valyutada verilən kreditlə bağlı mümkün gərginliyi azalda bilər.

Deputat həmçinin bu gün xarici valyutada kredit götürmüş, lakin qaytara bilməyən ölkə vətəndaşlarının vəziyyətinin nəzərə alınmasını, buna görə də “Müflisləşmə haqında qanun”da dəyişiklik edilməsini və qanuna fiziki şəxslərin də müflisləşməsi ilə bağlı maddələrin əlavə olunmasını təklif edib.

Ə.Məsimli həmçinin təhsil kreditləri ilə bağlı qanun layihəsinin qəbulunun sürətləndirilməsini təklif edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi