Modern.az

BDU-da Murtuz Ələsgərovun xatirəsi anılır

BDU-da Murtuz Ələsgərovun xatirəsi anılır

2 Oktyabr 2018, 12:17

Oktyabrın 2-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikası Milli Məclisinin, Yeni Azərbaycan Partiyasının və BDU-nun birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi, tanınmış ictimai-siyasi xadim, Əməkdar hüquqşünas, professor Murtuz Ələsgərovun anadan olmasının 90 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirilir.

 

Modern.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda görkəmli dövlət xadiminin məzarını ziyarət edib, önünə əklil qoyublar.

 

Konfransdan əvvəl BDU-nun hüquq fakültəsində Murtuz Ələsgərovun uzun illər rəhbərlik etdiyi Konstitusiya hüququ kafedrasının qarşısında barelyefinin açılışı olub.

 

Elmi konfransda professor Murtuz Ələsgərovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli professorun hüquq elmi sahəsindəki əvəzolunmaz xidmətlərindən danışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU