Modern.az

Sabah hava necə olacaq? - PROQNOZ  

Sabah hava necə olacaq? - PROQNOZ   

2 Oktyabr 2018, 12:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb.

Modern.az-a verilən rəsmi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında  arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19, gündüz 25-29,  Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitininəsasən yağmursuz keçəcəyi, lakin gündüz  Böyük və Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.  

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 3-4-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU