Modern.az

Payız-qış aylarında ağacların çiçəkləməsini böyütmək düzgün deyil - AÇIQLAMA

Payız-qış aylarında ağacların çiçəkləməsini böyütmək düzgün deyil - AÇIQLAMA

11 Oktyabr 2018, 09:14

Son illərdə payız-qış mövsümündə müxtəlif bölgələrdə meyvə ağaclarının, digər bitkilərin çiçəkləməsi hallarına rast gəlirik. Bu anomal təbiət hadisəsi mətbuatda və sosial şəbəkələrdə yayıldıqda insanlarda böyük təəccüb yaradır.

 

Mütəxəssislərin fikrincə, bəzi ağaclar payız-qış fəslində artıq dərəcədə gün şüaları qəbul etdikdə çiçəkləməyə meyilli olur. Hər il bu ağaclar “yalançı çiçəklər” açır və sonra tökülür.

 

Mərkəzi Nəbatat Bağından Modern.az-a bildirilib ki, ağacların soyuq mövsümlərdə çiçək açması, bar verməsi iqlim şəraitinin həmin aylarda isti keçməsi ilə əlaqədardır:

 

“Belə qeyri-adi hadisələr tarixən də baş verib. Ağacların qışda, payızda çiçəkləməsini sensasiya ilə cəmiyyətə təqdim etmək, təəccüblə qarşılamaq əsassızdır. İnsanlar nə zaman ağacların soyuq fəsildə çiçəklədiyinin şahidi olsalar, hava şəraitinin necə keçdiyini yada salsınlar. Məsələn, çox hallarda yaz aylarında da yarpaqların saralması, tökülməsi baş verir”-deyə qeyd olunub.

 

Bildirilib ki, bu aşırı təəccüblə qarşılanmır.

 

“Ona görə, mülayim keçən payız-qış aylarında ağacların çiçəkləməsini də böyütmək düzgün deyil. Təbiət üçün heç bir təhlükəli məqam yoxdur”.

 

Aysel Aslan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu