Modern.az

Əli Əhmədov nümayəndə heyətini Çinə apardı  

Əli Əhmədov nümayəndə heyətini Çinə apardı   

17 Oktyabr 2018, 12:49

Baş nazirin müavini, YAP sədrinin müavini – İcra katibi Əli Əhmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinin Pekin şəhərinə yola düşüb.

 

Bu barədə Modern.az-a  Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verilib.

 

Qurum rəsmisi bildirib ki, səfərdə məqsəd Çin Xalq Respublikasının himayəsi ilə keçirilən Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik Konfransında iştirak etməkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?