Modern.az

2019-cu ilin büdcəsində xərclər artırılır

2019-cu ilin büdcəsində xərclər artırılır

24 Oktyabr 2018, 10:39

2019-cu ildə dövlət büdcəsinin yerli xərcləri 840,8 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2018-ci illə müqayisədə 116,9 milyon manat və ya 16,1 faiz çoxdur.

 

Modern.az-ın məlumatına görə, bu barədə “2019-cu ilin dövlət büdcəsi haqqında!” qanun layihəsində qeyd edilib.

 

Sənəddə göstərilib ki, xərclərin artımının əsas səbəbi 2018-ci ildə dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının və bəzi sosial müavinət və təqaüdlərin məbləğlərinin, məktəbəqədər təhsil müəssisələrində ərzaq məhsullarının alınması xərclərinin artması, ezamiyyə xərclərinin, mühafizə xərclərinin, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənişlərin artması ilə bağlı olub.

 

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?