Azərbaycan yunan-Roma güləşçisi Rəsul Çunayev (72 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb. Modern.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə idmançımız Rusiya güləşçisi Abuiazid Mantsiqova qalib gəlib - 4:3.
Xatırladaq ki, bu gün 55 kq çəkidə yunan-Roma güləşçimiz Eldəniz Əzizli isə dünya çempionu olub.