Modern.az

Mustafa Kamal paşa “ATATÜRK” olmaya da bilərdi...

Mustafa Kamal paşa “ATATÜRK” olmaya da bilərdi...

10 Noyabr 2021, 09:07

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının növbəti oldönümüdür.

 

Modern.az xəbər verir ki, Mustafa Kamal paşa 1881-ci ilə Yunanıstanın Saloniki şəhərində doğulub.


O, 1923-cü ildən 1938-ci ildək ölkəyə rəhbərlik edib və Türkiyə Cümhuriyyətinin ilk prezidenti olub.


Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin qurucusu, 1938-ci il noyabrın 10-da İstanbulda vəfat edib. 


1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər - İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal edirlər.

                

Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verir.

 

1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalanır.

 

Ancaq təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında birləşən müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başlayırlar.

 

1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edilir.

 

Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatır. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunur. Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edilir. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanınır.

1934-cü ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala "Atatürk" soyadını verir.


Bəs Mustafa Kamala “Atatürk” soyadı necə verilib?
 

Türkiyə arxivlərindəki tarixi sənədə görə, qardaş ölkədə 1934-cü ildə soyad qanunu qəbul edildikdən sonra Mustafa Kamala uyğun soyadın tapılması üçün axtarışlara başlanılır.

Hətta CHP Məclis qrupunda dilçi və tarixçi millət vəkillərindən ibarət bir komissiya da yaradılır.

Bu komisiya “Atatürk” soyadından əvvəl Mustafa Kamala 13 soyad təklif edib. Mustafa Kamal isə 14-cü soyadı - “Atatürk” soyadını qəbul edib. Bəs qalan soyadlar hansılar imiş?

Modern.az onları diqqətinizə çatdırır:
 

1. Kemal Etel-Etil - (Attilanın adının orijinal tələffüzü. Mənası böyük çay deməkdir)

2. Kemal Etelalp - (Altay dilində böyük qəhraman anlamına gelir)

3. Kemal Korkut - (Qorxusuz, cəngavər)

4. Kemal Arız - (Türk qəhrəmanlarından Alp Aruzdan təsirlənərək təklif olunub)

5. Kemal Ulaş - (Bir Türk qəhrəmanı, Ulaş oğlu Salur Qazanın adı)

6. Kemal Yazır - (Türk qəhrəmanı Yağlıkçı oğlu Yazırın adı)

7. Kemal Emen - (Türk qəhəmanı Ucen oğlu Emen bəyin adı)

8. Kemal Çoğaş - (Günəş, işıq anlamına gəlir)

9.  Kemal Salur - (Türk qəhrəmanlarından birinin adı)

10. Kemal Begit - (Sağlam anlamına gəlir)

11. Kemal Ergin - (İrfan sahibi, kamil insan deməkdir)

12. Kemal Tokuş - (Türk qəhrəmanının adı: Ertokuş-Cəngavər)

13. Kemal Beşe - (Mümtaz, seçkin anlamına gelir)


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu