Modern.az

ABŞ səfirliyi qadınlarla bağlı bu proqramı maliyyələşdirir

ABŞ səfirliyi qadınlarla bağlı bu proqramı maliyyələşdirir

3 Noyabr 2018, 12:45

3 noyabrda “WoWoman” Azərbaycan qadınların inkişaf platformasının ABŞ aəfirliyinin dəstəyi ilə həyata keçirildiyi “WoWoman in Me - 2” 5 həftəlik intensiv liderlik və mentorluq proqramının bağlanış mərasimi baş tutub.

 

Modern.az xəbər verir ki, “WoWoman in Me - 2” proqramının məqsədi xanımlara öz xəyallarını müəyyən etmək və onları həyata keçirmək üçün lazımi bilikləri əldə etməkdə dəstək olmaqdır. Bu proqram çərçivəsində WoWoman Azərbaycan platforması 50 xanıma liderlik keyfiyyətlərini öyrətdi və onları fərdi və peşəkar məqsədlərinə çatmaqda kömək ola biləcək mentorlarla görüşdürüb. Bu il proqramda iştirak üçün 40 xanım Bakıdan, 10 xanım regionlardan seçilib

 

Platformanın təsisçisi, Zara Hüseynova bildirib: “Biz bu proqramı Harvard, Stanford, Massaçusets Texnologiya İnstitutu (MIT) da daxil olmaqla, TED konfranslar,  tədbirlər və təlimlərdə öyrədilən təcrübəyə əsaslanaraq təşkil etdik. Bu bizim bu günə qədər həyata keçirdiyimiz ən böyük layihəmizdir və iştirakçıların müsbət rəyləri bizi hədsiz ruhlandırır."

 

“WoWoman” həmçinin "WoWoman Azerbaijan" Facebook qrupu vasitəsilə Azərbaycanlı qadınlara dəstəklənməsini davam etdirir.

 

“WoWoman” platforması Azərbaycanda 3.5 il öncə yarandı və genişlənərək 50+ qadını birləşdirən komandaya çevrildi. Bu komanda tərəfindən 200-dən artıq tədbir, təlim, seminarlar təşkil olunub, İT və sahibkarlıq da daxil olmaqla 40 proqram, yoqa və psixologiya kursları həyata keçirilib. Daha ərtaflı məlumat əldə etmək üçün: //wowoman.org/ və ya Facebook qapalı cəmiyyətə qoşulmaq üçün link: //www.facebook.com/pg/wowoman.org/community/

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir