Modern.az

Şəkidə yol qəzası nəticəsində iki nəfər xəsarət alıb

Şəkidə yol qəzası nəticəsində iki nəfər xəsarət alıb

Aktual

4 Noyabr 2018, 12:49

Şəki rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

 

Modern.az-ın “Report”a istinadən məlumatına görə, hadisə bu gün səhər saat 06:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral avtomobil yolunun Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində olub.

İki avtomobilin toqquşması nəticəsində Şəki kənd sakinləri - 1982-ci il təvəllüdlü Xudaverdiyev Teymur İsmayıl oğlu və 1996-cı il təvəllüdlü Eminov İlqar Nəbican oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan “Report”a bildirilib ki, yaralıların vəziyyətləri orta-stabil qiymətləndirilir, hazırda onların müayinələri aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər