İndoneziyanın ikinci ən böyük şəhəri Surabayada plastik tullantılarla mübarizənin yeni üsulu tapılıb.
Modern.az-ın məlumatına görə, sakinlər plastik qabları təhvil verməklə şəhər avtobuslarında ödənişsiz hərəkət edə biləcəklər.
Şəhər rəhbərliyinin fikrincə, bu proqram 2020-ci ilədək şəhəri plastik tullantılardan təmizləməyə imkan verəcək.