Modern.az

“Koroğlu” MMC-nin işçisi şirkəti soydu - Polisə yalan məlumat verdi

“Koroğlu” MMC-nin işçisi şirkəti soydu - Polisə yalan məlumat verdi

Aktual

5 Noyabr 2018, 12:32

Daxili İşlər Nazirliyi (DİN) “Koroğlu” MMC-nin işçisinin şirkətin 52 min manat pulunu mənimsəməsi barədə məlumat yayıb.

 

Bu haqda DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Bərdə rayonu ərazisindəki şirkətlərin birində maliyyəçi işləyən M.Cəfərov Rayon Polis Şöbəsinə müraciət edərək noyabrın 2-də saat 20 radələrində Cəyirli kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurduğunu, huşunu itirdiyindən avtomobildə olan şirkətə məxsus təqribən 52 min manata yaxın pulun oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla M.Cəfərovun polisə yalan məlumat verdiyi üzə çıxıb.

Belə ki, onun həmin məbləğdə pulu mənimsəyərək Ağdam rayon sakini olan qohumunun evində gizlətdiyi və qəsdən yol-nəqliyyat hadisəsi törədərək pulun oğurlanması barədə yalan məlumat verdiyi müəyyən edilib.

M.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb, göstərilən miqdarda vəsait şirkətə qaytarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi