Modern.az

Komitə sədri çoxuşaqlı ailələrə verilən müavinətin artırılmasını İSTƏYİR

Komitə sədri çoxuşaqlı ailələrə verilən müavinətin artırılmasını İSTƏYİR

13 Noyabr 2018, 13:37

"Azərbaycanda çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmalıdır".

 

Modern.az-ın məlumatına, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib. O, 2019-cu ilin büdcə zərfində 3 yaşınadək uşaqlara verilən müavinətlərin artırılmasını təklif edib.

 

Komitə sədri eyni zamanda qeyd edib ki, güzəştli ipoteka şərtləri çoxuşaqlı ailələrə də şamil edilməlidir. Deputat bildirib ki, Azərbaycanda turizm inkişaf edir. “Oğuz turistləri özünə cəlb edən rayonlardan biridir.

 

Bu baxımdan rayona gələn turistlərin sayı artmaqdadır. Amma turistləri özünə cəlb edən tarixi abidələrin bərpasına ehtiyac var. Hazırda 32 belə abidə baxımsız vəziyyətdədir. Bundan başqa Tarix Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsinə ehtiyac var. Xahiş edirəm ki, bu məsələ diqqətdə saxlanılsın”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?