Modern.az

Spiker deputatlara irad tutdu: “Buradan hər kəsi yaxşı görürəm”

Spiker deputatlara irad tutdu: “Buradan hər kəsi yaxşı görürəm”

15 Noyabr 2018, 13:41

“Buradan hər kəsi yaxşı görürəm. Plenar iclas keçirilən günün birinci yarısında burada olanların 30 faizi ikinci hissədə iştirak etmirlər. Bunu elan etməli deyiləm axı...”

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker qeyd edib ki, hər bir deputat iclasda iştirak etməlidir:

“Elə deputatlar var ki, günün ikinci yarısında iclasda iştirak etmir. Xəbərdarlıq edirsən, nəticə olmur. Buna son qoymaq üçün günün ikinci yarısında da qeydiyyat aparılmasını təklif edirsinizsə, edərik”.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?