Modern.az

500 metr kabel oğurlayan tutuldu

500 metr kabel oğurlayan tutuldu

27 Noyabr 2018, 11:48

Bakı Telefon Rabitəsi MMC-nin Sabunçu rayonunda yerləşən 4 saylı xidmətlər mərkəzinin ərazisindən rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

 

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb.

 

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Tarıyel Vəliyev saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin telefon qovşağına məxsus dirəklərdən ayrı-ayrı vaxtlarda ümumilikdə 500 metr kabeli oğurladığı müəyyən olunub.

 

Qeyd edək ki, T.Vəliyev oğurladığı kabeli yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrinə satıb.

 

Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər