Modern.az

Hökumət məşğulluq üçün daha 80 milyon manat ayırır

Hökumət məşğulluq üçün daha 80 milyon manat ayırır

27 Noyabr 2018, 13:02

Regionlarda məşğulluq səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün gələn ilin dövlət büdcəsində 80 milyon manat əlavə vəsait ayrılıb.

Modern.az-ın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov parlamentin iclasında məlumat verib. Nazir bildirib ki, növbəti ilin dövlət büdcəsindən Gənclər Fondunun xərclərinə əlavə olaraq 2.7 milyon manat vəsaitin artırılması nəzərdə tutulub.

“Bundan əlavə, AMEA-nın xərclərinə 800 min manat, eşitmə və böyrək qüsurları ilə doğulan uşaqların müalicəsi üçün səhiyyə xərclərinə əlavə 4 milyon manat ayrılmalar nəzərdə tutulub”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?