Modern.az

Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir

Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir

27 Noyabr 2018, 16:11

Azərbaycan Cənubi Sudana sülhmərmalı göndərir.

Modern.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin imzası ilə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə layihə daxil olub.

Layihədə qeyd olunur ki, 4 nəfərlik heyət BMT sülhməramlıları missiyası tərkibində Cənubi Sudana göndərilir.

Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq.

Qeyd edək ki, Cənubi Sudanda hazırda çox dərin siyasi-hərbi böhran yaşanmaqdadır. BMT bu prosesi öz nəzarətinə götürüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hərbi qulluqçularımızın 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?