Azərbaycanın xarici və daxili borcalmaları ilə bağlı qayda dəyişdirilib.
Modern.az-ın məlumatına görə, bununla bağlı “Dövlət borcu haqqında” qanuna dəyişiklik edilib.
Dəyişikliyə görə, qanunun 9-cu maddəsinin (Daxili dövlət borcalmaları) 9.1.3-cü bəndi və 10-cu maddəsinin (Xarici dövlət borcalmaları) 10.1.3-cü bəndləri ləğv edilir.
“Dövlət borcu haqqında” qanunun 9-cu maddəsinin (Daxili dövlət borcalmaları) 9.1.3-cü bəndində göstərilib ki, Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alına bilər.
Sənədin 10-cu maddəsinin (Xarici dövlət borcalmaları) 10.1.3-cü bəndində isə qeyd edilib ki, Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alına bilər.
Dəyişiklikdən sonra isə Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti daxili və xarici borc alına bilməyəcək.
Qanuna dəyişikliklər I oxunuşda qəbul edilib.